SON XƏBƏRLƏR

YENİ NAZİRİN TƏRCÜMEYİ-HALI

2021.10.20, 07:36
YENİ NAZİRİN TƏRCÜMEYİ-HALI

Gunaz.tv
«Media forum» saytı prezidentin bugünkü sərəncamı ilə iqtisadi inkişaf naziri təyin edilən Şahin Mustafayevin tərcümeyi-halını oxucuların diqqətinə çatdırır. Mustafayev Şahin Abdulla oğlu 1965-ci ildə Qərbi Azərbaycanın Noyemberyan rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqdisad İnstitunu bitirib (iqtisadçı ixtisası üzrə). 1990-1992-ci illərdə Bakı Baş Tikinti İdarəsinin «Spektr» kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub. 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub. 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illlərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti postunu tutub. 2006-cı ilin sentyabrında vergilər nazirinin birinci müavini təyin edilib və iqtisadi inkişaf naziri təyin olunanadək bu vəzifədə çalışıb. Ailəlidir, 3 övladı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar