SON XƏBƏRLƏR

GÜNEYDƏKİ MƏNBƏLƏR AVTOQƏZADAN SONRA 4 SAATA QƏDƏR ƏMANİ QARDAŞLARININ XƏSTƏXANAYA APARILMADIĞINI BİLDİRİRLƏR

2021.10.20, 07:36
GÜNEYDƏKİ MƏNBƏLƏR AVTOQƏZADAN SONRA 4 SAATA QƏDƏR ƏMANİ QARDAŞLARININ XƏSTƏXANAYA APARILMADIĞINI BİLDİRİRLƏR

Gunaz.tv
GÜNEYDƏKİ MƏNBƏLƏR AVTOQƏZADAN SONRA 4 SAATA QƏDƏR ƏMANİ QARDAŞLARININ XƏSTƏXANAYA APARILMADIĞINI BİLDİRİRLƏR “Güney Azərbaycan milli hərəkatının rəhbərlərindən Qulamrza Əmaninin, qardaşları Kərim və Cəfərin avtoqəzaya salınması, eləcə də ölümləri açıq-aşkar sui-qəsdin nəticəsidir”. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosu bu xəbəri Turana İrandakı mənbələrə isnadən verib. Mənbənin bildirdiyinə görə, İranın “Sipah” silahli birləşməsinə məxsus olan iki yük maşınından biri Əmani qardaşlarının Təbriz-Əhər magistralı ilə hərəkət edən avtomobilini arxadan böyük sürətlə vurub, qarşıdakı yük maşını isə avtomobilin üzərindən keçib. Qaynaq bildirib ki, qəza törənəndən 4 saat sonraya qədər yaralı qardaşları xəstəxanaya aparmayıblar və qan itirmə nəticəsində Kərim və Cəfər Əmani qardaşları hadisə yerində həlak olublar. Təbrizin Rza xəstəxanasına gətirilən Q.Əmani əməliyyat otağına aparıldıqda İran xüsusi xidmət orqanlarının əməkdaşları əməliyyat otağında olublar və yalnız hərəkat rəhbəri öldükdən sonra əməliyyat otağından çıxıblar. Eyni zamanda, mənbə rəsmi Tehranın milli qüvvələrə qarşı terror aktlarının bununla sona yetmədyini bildirərək, bu qətllərin davam edəcyini gözlədiklərini söyləyib. Qaynağın dediyinə görə, İran ətrafında dairə daraldıqca rəsmi Tehran özünə təhlükə hesab etdiyi qüvvələri sıradan çıxarmağa tələsir və hazırda mütəşəkkil qüvvə olan Güney Azərbaycan Milli Hərəkatı belə qüvvələrdən biridir. 13:57 / 30.10.2008

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar