SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşəcəklər

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşəcəklər

Gunaz.tv
Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşəcəklər 29/10/2008 Rusiya rəsmiləri Ermənistan və Azərbaycan prezidentlərinin bazar günü Moksvada Dağlıq Qarabağ ətrafında danışıqlar aparcaqlarını bəyan ediblər. Rəsmilərin bildirdiyinə görə, Rusiya prezident Dmitri Medvedev danışıqlarda vasitəçilik edəcək. Rusiya prezidenti iki ölkənin dövlət başçısı arasında sülh danışıqları aparmaq təşəbbüsü ilə keçən həftə Ermənistan paytaxtı Yerevanda çıxış etmişdi. Dmitri Medvedev bildirmişdi ki, Rusiyanın Gürcüstanla hərbi münaqişəsi ərazi mübahisələrinin danışıqlar yolu ilə həllinin vacibliyini üzə çıxarmışdır. Bu ayın əvvəli Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı münaqişəyə son qoymaq istiqamətində səyləri gücləndirməyə çağırmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar