SON XƏBƏRLƏR

PREZİDENTİN ÇIXIŞI «MEDİA FORUM» SAYTININ ARAŞDIRMASININ DOĞRU OLDUĞUNU BİRMƏNALI ŞƏKİLDƏ TƏSDİQLƏDİ: HƏRBİ XƏRCLƏR AZALDILMIR, ARTIRILIR

2021.10.20, 07:36
PREZİDENTİN ÇIXIŞI «MEDİA FORUM» SAYTININ ARAŞDIRMASININ DOĞRU OLDUĞUNU BİRMƏNALI ŞƏKİLDƏ TƏSDİQLƏDİ: HƏRBİ XƏRCLƏR AZALDILMIR, ARTIRILIR

Gunaz.tv
PREZİDENTİN ÇIXIŞI «MEDİA FORUM» SAYTININ ARAŞDIRMASININ DOĞRU OLDUĞUNU BİRMƏNALI ŞƏKİLDƏ TƏSDİQLƏDİ: HƏRBİ XƏRCLƏR AZALDILMIR, ARTIRILIR 2008-10-24 - 20:36:00 Prezident İlham Əliyevin bu gün andiçmə mərasimindəki çıxışı «Media forum» saytının Azərbaycanın hərbi büdcəsi ilə bağlı apardığı və iki gün əvvəl oxuculara təqdim etdiyi araşdırmanın doğru olduğunu birmənalı şəkildə təsdiqləyir. Məsələ burasındadır ki, son günlər ölkə mediasında 2009-cu ilin büdcəsində hərbi xərclərin azaldıldığı haqda açıqlamalar yer alıb. «Media forum» isə iki gün əvvəl təqdim etdiyi araşdırmada göstərib ki, büdcə layihəsi hərbi xərclərin azaldılmasını yox, əksinə, artırılmasını nəzərdə tutur. Araşdırmada sayt bildirib ki, 2009-cu ilin dövlət büdcəsində müdafiə xərclərinə 1 milyard 205 milyon manat vəsait ayrılması planlaşdırılır və ilk baxışdan bu, 2008-ci ilin uyğun xərclərinə nisbətdə 104,5 milyon manat, başqa sözlə, 8% azalma deməkdir. Amma parlamentin müzakirəsinə verilmiş büdcə paketinə diqqətlə nəzər salanda hərbi xərclərin heç də azaldılmadığını görmək mümkündür. «Media forum» araşdırmasında xatırladıb ki, 2009-cu ilin büdcə layihəsinin «Sənaye, tikinti və faydalı qazıntılar» bölməsində müdafiə ilə əlaqədar investisiya xərclərinə 548 milyon manat vəsait yönəldilməsi nəzərdə tutulur. 2008-ci ildə isə müdafiə ilə əlaqədar investisiya xərcləri 100 milyon manat civarında olub. Yeni layihənin «Sənaye, tikinti və faydalı qazıntılar» bölməsində göstərilən 548 milyon manatın 39,5 milyonunu müdafiə kompleksi üzrə layihələrə, 507,5 milyon manatını isə müdafiə məqsədli avadanlıq və texnikanın alınmasına xərcləmək planlaşdırılır. Beləliklə, dövlət büdcəsində müdafiə xərclərinə ayrılmış 1 milyard 205 milyon manatın üstünə müdafiə ilə əlaqədar investisiya xərclərinə yönəldiləcək 548 milyon manatı gəldikdə 2009-cu il üçün nəzərdə tutulan toplam hərbi xərclərin 2008-ci ilə nisbətdə 343 milyon manat və ya 24,8% çox olduğu aydınlaşır. Sayt araşdırmada onu da xatırlatmışdı ki, prezident İlham Əliyev dəfələrlə bəyanat verərək ölkə büdcəsinin, xüsusilə hərbi büdcənin hər il artırılacağını vurğulayıb. Araşdırmada dövlət başçısının oktyabrın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsinə təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə dediyi fıkirlər də sitat gətirilmişdi. İndi isə oktyabrın 24-də prezidentin andiçmə mərasimində dediklərinə diqqət yetirin: «Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcəkdir. Eyni zamanda, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. Sizin diqqətinizə mən iki rəqəmi çatdırmaq istəyirəm. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıbdır. Növbəti illərdə bu məbləğ daha da artırılacaqdır. 2009-cu il dövlət büdcəsinin layihəsində orduya ayrılan vəsait daha da böyük olacaqdır. Beləliklə, biz çox güclü ordu potensialı yaratmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırırıq». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar