SON XƏBƏRLƏR

HƏRƏKATIN 20 İLİ TAMAM OLUR («Media forum» saytı yeni internet sorğusuna başlayır)

2021.10.20, 07:36
HƏRƏKATIN 20 İLİ TAMAM OLUR («Media forum» saytı yeni internet sorğusuna başlayır)

Gunaz.tv
HƏRƏKATIN 20 İLİ TAMAM OLUR («Media forum» saytı yeni internet sorğusuna başlayır) 2008-10-28 - 18:47:00 Noyabrın 17-si Milli Dirçəliş Günüdür. Həmin gün Meydan hərəkatının 20 ili tamamlanır. 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ separatçılarına dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz nümayişi ümummilli mitinqlərədək genişləndi və dekabrın 5-nə qədər aramsız davam etdi. Paytaxtın mərkəzindəki Lenin adına meydanı Azadlıq meydanına çevirən bu davamlı aksiya Azərbaycanda xalq hərəkatının özülünü qoydu. Dekabrın 5-də sovet ordusu aksiyanı dağıtsa da, bir neçə ay sonra hərəkatın yeni dalğası kükrədi. 1989-cu ilin yayında Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Xalq hərəkatının 1989-cu ilin ortalarından 1990-cı ilin qanlı yanvarına kimi davam edən yeni mərhələsi milli azadlıq duyğularını gücləndirdi. 1989-cu ilin sentyabrında xalq hərəkatının güclü təzyiqləri nəticəsində respublika parlamenti Azərbaycanın suverenliyi haqqında konstitusiya qanunu qəbul etdi. Bu, Sovet İttifaqında ilk belə presedent idi. 1990-cı il yanvarın 20-də sovet ordusu hərəkatı qanda boğdu. Ancaq mübarizə dayanmadı. 1990-cı ildə xalq hərəkatı liderlərinin əksəri Azərbaycan parlamentinə seçkidə deputat mandatı alaraq Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə milli azadlıq hərəkatının avanqard qüvvələri hakimiyyətə gəldilər. «Media forum» saytı meydan hərəkatının 20 illiyi ərəfəsində «1988-92-ci illər xalq hərəkatında kimin daha çox xidmət göstərdiyini düşünürsünüz» sualıyla internet sorğusu keçirir. Sorğuya həmin illərdə xalq hərəkatının ön sıralarında dayanmış bəzi şəxslərin (Meydan hərəkatı natiqlərinin, tələbə hərəkatı fəallarının, AXC qurucularının, Demokratik Blok deputat fraksiyası üzvlərinin) adları daxil edilib. Siyahı soyadlar üzrə əlifba sırası ilə tərtib olunub. Əbülfəz ELÇİBƏY. Azərbaycan Xalq Cəbhəsinin (1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası) ilk sədri. AXC hakimiyyətində Azərbaycanın prezidenti. 2000-ci ildə vəfat edib. Zərdüşt ƏLİZADƏ. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. Politoloqdur. İsgəndər HƏMİDOV. Demokratik Blok parlament fraksiyasının üzvü. AXC hakimiyyətində daxili işlər naziri. Siyasətdən uzaqlaşıb. Əli KƏRİMLİ. 1988-91-ci illərdə tələbə hərəkatının liderlərindən. AXC hakimiyyətində dövlət katibi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. Tamerlan QARAYEV. Demokratik Blok parlament fraksiyasının üzvü. AXC hakimiyyətində parlamentin birinci vitse-spikeri. Azərbaycanın Hindistanda səfiridir. Tofiq QASIMOV. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. Demokratik Blok parlament fraksiyasının üzvü. AXC hakimiyyətində xarici işlər naziri. Mühacirətdədir. İsa QƏMBƏR. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. Demokratik Blok parlament fraksiyasının üzvü. AXC hakimiyyətində parlament sədri. Müsavat Partiyasının başqanıdır. Etibar MƏMMƏDOV. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. Demokratik Blok parlament fraksiyasının üzvü. Milli İstiqlal Partiyasının lideridir. Nəcəf NƏCƏFOV. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. «Azadlıq» qəzetinin yaradıcısı və ilk redaktoru. Demokratik Blok parlament fraksiyasının üzvü. 1999-cu ildə vəfat edib. Nemət PƏNAHLI. 1988-ci ilin Meydan hərəkatının əsas simalarından biri, mitinqlərin aparıcısı. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. Sabir RÜSTƏMXANLI. 1988-ci il Meydan hərəkatının əsas simalarından. Demokratik Blok parlament fraksiyasının üzvü. Milli Məclisin deputatıdır. Yusif SƏMƏDOĞLU. Azərbaycan Xalq Cəbhəsinin qurucularından. Demokratik Blok parlament fraksiyasının üzvü. 1998-ci ildə vəfat edib. Xəlil Rza ULUTÜRK. 1988-92-ci illər arasındakı mitinqlərin əsas simalarından. 1994-cü ildə vəfat edib. «Media forum» saytı oxuculara adı bu siyahıya düşməmiş, xalq hərəkatında xidmətləri olan başqa öncül simalara səs verə bilmək imkanı da yaradır. Xalq hərakatında kiminsə xidmətini siyahıda yer almış şəxslərin xidmətindən üstün sayan oxucular «Adı bu siyahıda olmayan şəxs»ə səs verə bilərlər. Sorğu saytın sol küncündə (rubrika adlarından aşağıda) yerləşdirilib. Hər bir oxucu səsvermədən qabaq və sonra nəticələri izləyə bilər. «Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar