SON XƏBƏRLƏR

QARABAĞ AZADLIQ TƏŞKİLATI İLHAM ƏLİYEVİ MOSKVAYA GETMƏMƏYƏ ÇAĞIRDI

2021.10.20, 07:36
QARABAĞ AZADLIQ TƏŞKİLATI İLHAM ƏLİYEVİ MOSKVAYA GETMƏMƏYƏ ÇAĞIRDI

Gunaz.tv
QARABAĞ AZADLIQ TƏŞKİLATI İLHAM ƏLİYEVİ MOSKVAYA GETMƏMƏYƏ ÇAĞIRDI 2008-10-30 - 15:59:00 «Rusiyanın vasitəçilik missiyasını fəallaşdırmaq cəhdləri, Moskvada prezidentlərin üçtərəfli görüşünü keçirmək istəyi Azərbaycanın milli maraqlarına cavab vermir. Kreml görüşün vaxtını tələm-tələsik noyabrın 2-nə salmaqla Azərbaycanı daha tez güzəştə getməyə məcbur etməyə, az vaxt ərzində öz istəklərinə nail olmağa çalışır». Qarabağ Azadlıq Təşkilatının bu gün yaydığı bəyanatda belə deyilir. Sənəddə bildirilir ki, Rusiyanın məqsədi nəyin bahasına olursa-olsun hərbi hissələrini sülhməramlı qüvvələr adı altında Azərbaycan ərazilərinə yeritməkdir. Qurum hesab edir ki, istər Rusiya, istər də hər hansı başqa bir ölkənin hərbi qüvvəsinin münaqişə zonasına yerləşdirilməsi Dağlıq Qarabağın həmişəlik itirilməsinə gətirib çıxaracaq. Qurum Ermənistanın təcavüzkar iddialarından geri çəkilməməsinin Azərbaycanın bu görüşə qatılmasını mümkünsüz etdiyini iddia edir: «Bugünlərdə Ermənistan işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirərək Azərbaycana növbəti dəfə güc nümayiş etdirdi. Ermənistanın bu ərazilərdə hərbi təlimlər keçirməsi, terrorçu prezident Serj Sərkisyanın təlimlərdə iştirak etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Bunlardan sonra Azərbaycanın Ermənistanla danışıqlar stolu arxasında oturması heç bir ölçüyə sığmır». QAT-ın fikrincə, Azərbaycan hakimiyyəti Moskva görüşündən, Rusiyanın vasitəçiliyi ilə danışıqlardan imtina etməli, ümumiyyətlə, Madrid prinsipləri əsasında hazırkı formatda aparılan danışıqları dayandırmalıdır. Noyabrın 2-də Moskvada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik danışıqlar aparacaqlar. Bundan 2 gün əvvəl Rusiya paytaxtında xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənir. Nazirlər müzakirələri noyabırın 1-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakıyla davam etdirəcəklər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar