SON XƏBƏRLƏR

URMİYA ZİNDANINDA 44 GÜNDÜR ACLIQ EDƏN AZƏRBAYCANLI ƏLALLAHILAR QAN QUSUR

2021.10.20, 07:36
URMİYA ZİNDANINDA 44 GÜNDÜR ACLIQ EDƏN AZƏRBAYCANLI ƏLALLAHILAR QAN QUSUR

Gunaz.tv
URMİYA ZİNDANINDA 44 GÜNDÜR ACLIQ EDƏN AZƏRBAYCANLI ƏLALLAHILAR QAN QUSUR 2008-10-30 - 17:56:00 Urmiya zindanında 44 gündür aclıq edən, əlallahı (əhli-həqq, ələvi) təriqətindən olan beş azərbaycanlı məhbusun - Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağayanın həyatı ciddi təhlükə altındadır. «Media forum» saytının məlumatına görə, oktyabrın 29-dan onlar qan qusmağa başlayıblar. Məhbusların ciddi müalicəyə ehtiyacı olsa da, həbsxana rəhbərliyi onlara tibbi yardım göstərilməsinə mane olur. Adı çəkilən məhbusların hamısı İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndirlər. Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə əhli-həqq tərəfdarları arasında baş verən qarşıdurmada hökumət qüvvələrinə silahlı müqavimət göstərdikləri üçün həbs ediliblər. Məhkəmə əvvəlcə onlara edam hökmü çıxarsa da, sonradan üçünün cəzası 13 illik həbslə əvəzlənib, Mehdi Qasımzadə və Yunis Ağayana çıxarılan edam hökmü isə qüvvədə saxlanıb. Məhbuslar bu ilin aprel ayında da zindanda məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq 25 gün müddətinə aclıq aksiyası keçirmişdilər. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar