SON XƏBƏRLƏR

MÜSLÜM MAQOMAYEVİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR

2021.10.20, 07:36
MÜSLÜM MAQOMAYEVİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR

Gunaz.tv
MÜSLÜM MAQOMAYEVİN DƏFN MƏRASİMİNDƏN ŞƏKİLLƏR 2008-10-29 - 18:49:00 «Media forum» saytı görkəmli musiqiçi Müslüm Maqomayevin dəfn mərasimindən fotoşəkilləri təqdim edir. M.Maqomayev oktyabrın 29-da Bakıda birinci Fəxri xiyabanda babasının, məşhur Azərbaycan bəstəkarı Müslüm Maqomayevin məzarının yanında dəfn olunub. Dəfn mərasimində prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, mərhumun həyat yoldaşı Tamara Sinyavskaya, ailə üzvləri, dövlət, hökumət rəsmləri, xarici ölkələrdən gəlmiş qonaqlar, ölkə ictimaiyyətinin minlərlə nümayəndəsi iştirak ediblər. Dəfn mərasimi dini ayinlərin icrası ilə həyata keçirilib, mərhumun ruhuna müqəddəs «Qurani-Kərim»dən dualar oxunub. Görkəmli müğənninin məzarı üstünə Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Dmitri Medvedyevin, Rusiyanın baş naziri Vladimir Putinin, müxtəlif dövlət qurumlarının, yaradıcılıq təşkilatlarının, ayrı-ayrı şəxslərin adından əklillər qoyulub. Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqust ayının 17-də Bakıda anadan olub.1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində oxumağa başlayıb. 1962-ci ildə Helsinki şəhərində Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı Müslümə şöhrət gətirib və onun ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə dövlət tərəfindən «La Skala» teatrına göndərilməsi ilə nəticələnib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ xalq artisti Şövkət Məmmədovanın sinfi üzrə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında başlayıb və ömrünün axırına qədər həmin teatrın solisti olub. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaradıb və uzun müddət ona rəhbərlik edib.1969-cu ildə Sopot festivalında birinci mükafata, Kann festivalında «Qızıl val» mükafatına layiq görülüb. 31 yaşında SSRİ xalq artisti fəxri adını alıb. Azərbaycanın müstəqilliyi dövründə ali dövlət mükafatları – «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. Azərbaycanın xalq artistidir. M.Maqomayevin repertuarında 600-dən çox əsər olub. O, bir sıra bədii və sənədli filmlərdə çəkilib. 30-a yaxın mahnının müəllifidir. 2008-ci il oktyabrın 25-də Moskva şəhərində vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar