SON XƏBƏRLƏR

ABBAS LİSANİ ƏRDƏBİL ZİNDANINA KÖÇÜRÜLƏCƏYİ HAQDA AİLƏSİNƏ XƏBƏR VERİB

2021.10.20, 07:36
ABBAS LİSANİ ƏRDƏBİL ZİNDANINA KÖÇÜRÜLƏCƏYİ HAQDA AİLƏSİNƏ XƏBƏR VERİB

Gunaz.tv
ABBAS LİSANİ ƏRDƏBİL ZİNDANINA KÖÇÜRÜLƏCƏYİ HAQDA AİLƏSİNƏ XƏBƏR VERİB 2008-10-29 - 13:01:00 «Media forum» saytı xəbər verir ki, hazırda Yəzd zindanında saxlanan Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisani oktyabrın 28-də ailəsinə zəng edərək yaxın günlərdə Ərdəbil həbsxanasına köçürüləcəyini bildirib. Abbas Lisani 2006-cı ildə həbs olunan A.Lisani Əhər zindanında saxlanırdı. Bu il martın 4-də o, Yəzd həbsxanasına köçürülüb. 30 ay həbsə məhkum edilmiş Lisaninin cəza müddətinin başa çatmasına bir ay qalıb. 25 gün əvvəl Lisani Təhlükəsizlik Nazirliyinin Yəzd şəhər idarəsində 10 saat dindirilib. Nazirliyin Ərdəbil idarəsinin bir neçə əməkdaşı da həmin dindirmədə iştirak edərək A.Lisanini azadlığa çıxandan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə sorğu-suala tutublar. Lisani ərdəbillidir. Məlumatlara görə, Təhlükəsizlik Nazirliyinin Ərdəbil idarəsinin əməkdaşları bir neçə ay əvvəl Lisaninin ailəsinə bildiriblər ki, Abbas azadlığa buraxılandan sonra mütləq farsların yaşadığı şəhərə köçməli və milli zəmindəki fəaliyyətini dayandırmalıdır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar