SON XƏBƏRLƏR

GÜNEY MƏNBƏLƏRİ QULAMRZA ƏMANİYƏ QƏSD OLDUĞUNU İDDİA EDİR

2021.10.20, 07:36
GÜNEY MƏNBƏLƏRİ QULAMRZA ƏMANİYƏ QƏSD OLDUĞUNU İDDİA EDİR

Gunaz.tv
Güney mənbələri beş gün əvvəl Təbrizə gedərkən iki qardaşı ilə birgə avtomobil qəzasında həlak olan azərbaycanlı fəal Qulamrza Əmaninin ölümünü əvvəlcədən hazırlanmış sui-qəsd planının nəticəsi kimi qiymətləndirir. Sözügedən qəza oktyabrın 24-də qardaşlar Təbrizə gedərkən baş verib. Q.Əmaninin qardaşları Kərim və Cəfər hadisə yerində həlak olublar, Qulamrza özü isə Təbrizin İmam Rza xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı keçinib. «Media forum» saytı qeyd edir ki, güney mənbələri qardaşların oturduğu avtomobilin adi yük maşını ilə yox, İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») məxsus bir yük maşını ilə toqquşduğunu iddia edir. Bildirilir ki, Q.Əmani hadisədən 4 saat sonra keçinib və yaralı olduğu müddətdə elə hey qardaşlarını soruşurmuş. Məlumatlara görə, hadisədən sonra mülki geyimli naməlum adamlar Qulamrzanın xəstəxanaya vaxtında çatdırılmasını müxtəlif bəhanələrlə ləngitməyə çalışırmış. Həmin şəxslərin xəstəxanada həkimlərin icazəsi olmadan cərrahiyyə otağına daxil olduqları və əməliyyat prosesini də ləngitməyə çalışdıqları vurğulanır. Məlumatlarda bütün bu ləngimələrin Q.Əmaninin ölümündə rol oynadığı iddia olunur. Güney mənbələri hələ iki il əvvəl Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) Təbriz idarəsi müstəntiqinin Q.Əmanini ölümlə hədələdiyini də yazır. Bu iddialara görə, müstəntiq Q.Əmaniyə deyibmiş: «Əmin ol ki, Azərbaycanda dəyişiklik olsa da, sən onu heç vaxt görməyəcəksən». «Media forum» saytı xüsusi vurğulayır ki, bu məlumatlar rəsmən təsdiqini tapmamış iddialardır. Təbriz Universitetinin kənd təsərrüfatı fakütləsinin məzunu olan 35 yaşlı mühəndis Q.Əmani Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə bir neçə dəfə tutulmuş və 5 il həbsdə saxlanmışdı. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar