SON XƏBƏRLƏR

Azərbaycanın ilk asma körpüsündən görüntülər – FOTOLENT

2021.10.20, 07:36
Azərbaycanın ilk asma körpüsündən görüntülər – FOTOLENT

Gunaz.tv
Azərbaycanın ilk asma körpüsündən görüntülər – FOTOLENT Körpü ilin sonuna qədər təhvil veriləcək talacay.jpg talacay-2.jpg talacay-3.jpg Xəbər verdiyimiz kimi, Şəki-Zaqatala avtomobil yolunun 74-cü kilometrliyində - Tala çayının üzərində asma körpü tikilir. “Azəryolservis” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Qafqazda ilk asma körpü olan bu yolötürücüsü Zaqatalanın Yuxarı Tala, Aşağı Tala, Meşleş kəndlərini və ümumilikdə 15 yaşayış məntəqəsini birləşdirir. Körpü ilin sonunadək istifadəyə veriləcək. Uzunluğu 170, eni 11 metr olan körpüdə tikinti-quraşdırma işlərinin 80 faizə qədəri görülüb. Xatırladaq ki, körpünün inşasına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Tikinti işlərini Zaqataladakı 17 saylı Yol İstismar İdarəsi aparır. Elxan SALAHOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar