SON XƏBƏRLƏR

FÜZULİNİN 530 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİZDƏ TƏDBİR KEÇİRİLİB

2021.10.20, 07:36
FÜZULİNİN 530 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİZDƏ TƏDBİR KEÇİRİLİB

Gunaz.tv
FÜZULİNİN 530 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİZDƏ TƏDBİR KEÇİRİLİB th011128490.jpg Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə oktyabrın 27-də Təbrizin «29 Bəhmən» adlı mədəniyyət kompleksində tədbir keçirilib. Tədbir Musiqi evi, Təbriz Ədəbi Ocağı və Şərqi Azərbaycan əyalətinin İslami İrşad və Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə baş tutub. «Media forum» saytının məlumatına görə, tədbirdə çıxış edən Şərqi Azərbaycan əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin baş direktoru Əhməd Əhmədiməneş şairin ədəbi irsindən danışarkən deyib: «Bu dahi və arif şairin üç dildə, yəni türk, fars və ərəb dilində yazdığı şeirləri artıq bu gün onu sevənlərin ixtiyarındadır. Bu əsərlərdəki zəngin hikmət və irfan nümunələri onun böyük iman və uca bir ruha sahib olduğunu göstərir». Tədbirdə Güney Azərbaycanın bir sıra şair və yazıçıları, o cümlədən Əli Nəzmi, Yəhya Şeyda, Mirsaleh Hüseyni və Xosrov Sərtipi öz şeirlərini oxuyublar, Füzulinin bədii irsi və ədəbi yaradıcılığı barədə fikirlərini çatdırıblar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar