SON XƏBƏRLƏR

Bu gün İrəvanda PKK terror təşkilatının rəhbəri Abdullah Öcəlanın azad edilməsi tələbilə etiraz aksiyası keçirilib . Aksiyada kürd və erməni bayraqları dalğalandırılıb

2021.10.20, 07:36
Bu gün İrəvanda PKK terror təşkilatının rəhbəri Abdullah Öcəlanın azad edilməsi tələbilə etiraz aksiyası keçirilib . Aksiyada kürd və erməni bayraqları dalğalandırılıb

Gunaz.tv
Bu gün İrəvanda PKK terror təşkilatının rəhbəri Abdullah Öcəlanın azad edilməsi tələbilə etiraz aksiyası keçirilib Aksiyada kürd və erməni bayraqları dalğalandırılıb 9665.jpg Bu gün İrəvanda, S.Şaumyanın abidəsi önündə Ermənistanda yaşayan onlarla kürd etiraz aksiyası keçirib. Aksiya iştirakçıları bəyan ediblər ki, onlar Abdullah Öcəlanın azadlığını tələb eləyirlər. «Damarlarımızdakı son damla qanadək onun azadlığı uğrunda, öz azadlığımız naminə mübarizə aparacağıq». Aksiya iştirakçısı Emic Elyanın sözlərinə görə, «Abdulla Öcəlan 10 ildir ki, İmralı adasındakı həbsxanada saxlanılır, işgəncələrə, qeyri-insani və təhqiramiz münasibətə məruz qalır. Son vaxtlar isə onun fiziki məhvi təhlükəsi yaranıb. Türkiyə, bir dövlət kimi, bu həbsxanadan heç nə ilə fərqlənmir. Bu dəfə zorakılıq və işgəncələr tək bir nəfərə qarşı yönəlməyib. Öz liderini dinc yolla müdafiə etmək istəyən bütöv kürd xalqı məhbus kimi qalıb». Aksiya iştirakçıları Birləşmiş Millətlər Təşkilatının İrəvandakı ofisinədək yürüş keçirib və bəyanatı «Kürdistan» kürd milli Şurası adından BMT nümayəndələrinə verib. Bəyanatda bildirilir: «Biz bütün bəşəriyyəti, dövlətləri və beynəlxalq strukturları Türkiyədə demokratik rejimin qurulmasına və bütün dünyada ədalətin bərqərar olmasına naminə gücləri birləşdirməyə çağırırıq». /a1plus/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar