SON XƏBƏRLƏR

Məhəmməd Ömər öldürüldü

2021.10.20, 07:36
Məhəmməd Ömər öldürüldü

Gunaz.tv
Məhəmməd Ömər öldürüldü ABŞ pilotsuz təyyarəsinin Pakistan ərazisindəki hərbi düşərgəni atəşə tutması nəticəsində "Taliban" hərəkatının liderlərindən biri olan Məhəmməd Ömər öldürülüb. "BBC News"un məlumatına görə, atəş nəticəsində daha 20 yaraqlı məhv edilib. Məhəmməd Ömər taliblərin hələ 2004-cü ildə öldürülən liderlərindən biri Nek Məhəmmədin yaxın dostu olub. İnformasiya agentliklərinin məlumatına görə, Məhəmməd Ömərlə bərabər Nek Məhəmmədin əmisi oğlu Hacı Ömər Xan da öldürülüb. Hacı Ömər Xan isə öz növbəsində məşhur əfqan komandiri Cəlaləddin Hakkaninin köməkçisi olub. Qeyd edək ki, son 2 ay ərzində Hakkaninin üçüncü yaxın adamı öldürülür. Sentyabrın əvvəlində isə pilotsuz təyyarənin atəşi nəticəsində onun iki arvadı və bacısı öldürülüb. Bir müddət əvvəl isə amerikalılar Hakkaniyə məxsus dini məktəbi atəşə tutublar. Həmin atəş nəticəsində 11 nəfər qətlə yetirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar