SON XƏBƏRLƏR

Novruz Məmmədov:

2021.10.20, 07:36
Novruz Məmmədov:

Gunaz.tv
Novruz Məmmədov: "Ermənilər çox yaxşı bilir ki, döyüş vasitəsilə heç bir şey edə bilməzlər və bu, onların sonu ola bilər" novruz_mammadov1.jpg Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi İrəvanın müharibə ilə bağlı bəyanatlarını işğalçı siyasətin təzahürü adlandırıb Prezident Aparatının Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi İrəvanın müharibə ilə bağlı bəyanatlarını həm də təsəlliverici boş sözlər adlandırıb: “Bu gün bir tərəfdən Ermənistan rəhbərləri - prezident, xarici işlər naziri və s. Azərbaycan tərəfinin bəzən münaqişənin həlli ilə bağlı danışıqlar prosesi, sülh yolu ilə əlavə olaraq müharibə vasitəsinin də istisna etmədiyini qeyd edərək təşvişə düşürlər. Özlərinin sığortalarını təmin etmək üçün bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, aparıcı dövlətlərin rəhbərlərinə bununla bağlı müraciətlər edirlər və Azərbaycandan yalnız sülh yolu ilə münaqişənin həllinin tələb olunmasını istəyirlər. Eyni zamanda özləri də boş və mənasız bəyanatlar verməkdən çəkinmirlər". Novruz Məmmədovun sözlərinə görə, belə bəyanatlar İrəvana özünə təsəlli vermək üçün lazımdır. "Biz Dağlıq Qarabağda da nə qədər qüvvənin olduğunu və Ermənistanın özünün necə orduya malik olduğunu, bu ordunun hansı formada, nə cür statusda olmasını da çox yaxşı bilirik. Bu gün, elə bir erməni akademikinin dediyimi kimi, Ermənistanın özü Afrikaya oxşadığı kimi, onun ordusu da Saxaraya oxşayır. Ona görə onlar özlərini çox öyməsinlər. Onların bu kiçik bəyanatlarının heç bir mənası yoxdur. Ola bilsin ki, bu, bir neçə separatçının istəklərini təmin etmək üçün deyilən sözlərdir. Çünki ermənilər çox yaxşı bilirlər ki, döyüş vasitəsilə heç bir şey edə bilməzlər və bu, onların sonu ola bilər"... Aytən Həmidova/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar