SON XƏBƏRLƏR

Türkmənbaşıya sui-qəsd cəhdində ittiham edilən şəxs azadlığa buraxılıb

2021.10.20, 07:36
Türkmənbaşıya sui-qəsd cəhdində ittiham edilən şəxs azadlığa buraxılıb

Gunaz.tv
Türkmənbaşıya sui-qəsd cəhdində ittiham edilən şəxs azadlığa buraxılıb turk_tutula_28_10.jpg Türkmənistan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərinin azadlığa buraxılması barədə xəbər yayılsa da, rəsmən bu məlumat hələ ki, təsdiqlənmir Türkmənistanın mərhum prezidenti Saparmurat Niyazova sui-qəsd cəhdində ittiham edilən Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Saparmurat Seyidov vaxtından əvvəl azadlığa buraxılıb. Bu barədə məlumat «Xronika Turkmenistana» saytında yer alıb. Hələlik bu barədə məlumatlar rəsmən təsdiqlənməyib. Qeyd edək ki, S.Seyidov 1999-cu ilə kimi Türkmənistan Milli Təhlükəsizlik Komitəsinə rəhbərlik edib. Həbs ediləndə o, təqaüddə olub. "Ferqane.ru"nun məlumatına görə, 2003-cü ildə o «cinayət hazırlanması barədə məlumatı gizlətməkdə» ittiham edilərək altı il müddətinə azadlıqdan məhrum edilib. Türkmənistan hakimiyyətinin məlumatına görə, Saparmurat Niyazova qarşı sui-qəsd cəhdi 2002-ci ilin noyabr ayının 25-də baş verib. O avtomobili ilə işə gedərkən avtomatla atəşə tutulub. Niyazov özü isə sui-qəsd görmədiyini, ona bu barədə sonradan məlumat verildiyini bildirmişdi. Sui-qəsd ilə bağlı bir çox yüksək rütbəli məmurlar və müxalifət nümayəndələri həbs edilərək, uzun müddətə azadlıqdan məhrum edilmişdi. Saxlanılanlar arasında ölkənin keçmiş xarici işlər naziri Boris Şixmuradov da olub (o, cinayəti təşkil etməkdə təqsirləndirilib). Hadisə vaxtı xaricdə olan Şixmuradov sonradan qohumlarına qarşı repressiyaların dayandırılması üçün təslim olmuşdu. O, ömürlük azadlıqdan məhrum edilib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar