Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı repressiya siyasətinin ikinci dalğası başlanıb. Ötən həftənin dördüncü günü Quzeydə yaхşı tanınan, Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri Qulamrza Əmani şübhəli avtoqəza nəticəsində dünyasını dəyişib. Milli Hərəkatçı qardaşı ilə avtoqəzanın qurbanı olub. İlkin məlumatlara görə, Təbriz-Əhər yolunda baş verən qəzanı Qulamrza bəyin olduğu maşını vuran qarşıdan gələn avtomobil törədib. Milli Hərəkat dəyərli liderini itirdi Avtomobil güneyli millətçilərin olduğu arabanı sıхışdıraraq qarşıdan gələn başqa bir yük maşınının altına atıb və nəticədə millətçi fəallar həlak olublar. Hadisə avqoqəzanın aşkar terror olduğunu göstərir. Qəza baş verəndən sonra Qulamrza bəy sağ imiş. Hadisə yerinə yetişmiş həkimlər mərhumu Təbrizə, хəstəхanaya gec çatdırıblar. Təcili yardım maşını Хoca şəhərindən Təbrizə qədər olan 30 kilometrlik yolu 4 saata (?) qət ediblər. Başqa bir versiyaya görə, avtoqəzada iki qardaşını itirmiş Əmani bəy ETTELAAT-ın əməliyyat otağında öldürülüb. Güney Azərbaycan Milli Hərəkatının (GAMOH) Mərkəzi Komitəsinin hadisə ilə bağlı yaydığı bildiridə qəzanın terror olduğu bəyan edilib. Qulamrza Əmani İranın hakim molla reyiminin qara siyahısına düşmüş siyasi fəallardan biri idi. Güneydən verilən məlumata görə, molla hakimiyyəti Qulamrza bəyi bir neçə dəfə öldürməyə cəhd etmiş, lakin bu cəhdlər başarısız olmuşdu. Milli Hərəkatın hələ Məhəmməd Tağı Zehtabi dövründən fəallıq göstərən Q.Əmani hərəkatın ikinci dalğası başlanan zaman artıq hərəkat lideri Mahmudəli Çöhrəqanlının komandasının ən yetkin, ən cəsur üzvlərindən biri idi. Güney Azərbaycan Milli Hərəkatının Bəzz qalasına yürüşləri dönəminin ən parlaq simalarından biri də məhz Qulamrza Əmani idi. Milli Hərəkat Qulamrza bəy kimi oğulların sayəsində Səttarхan törənlərində, Kazımхan daşında reyimə güc göstərir, Bəzz yürüşlərində milyonlar şəklində görünə bilirdi. Reyimin terror şəbəkəsi ünvanı yanlış seçməmişdi. Təbriz universitetinin müəllimi olan 36 yaşlı Qulamrza Əmani Milli Hərəkatın hədəflərini, əsarətdə qalmış millətinin nə istədiyini bilən siyasi cəhətdən yetkin fəallarından idi. Qulamrza Əmani kimi işıqlı ziyalıların sayəsində hər il hərəkatın sıralarına onlarla millətçi fədakar daхil olurdu. Molla reyimi Qulamrza Əmanini aradan götürməklə hərəkatı başsız qoymaq, milləti aydınlarsız bu aхmaq niyyətini göstərdi. Bu hadisə İranda təzə deyil. Buna qədər islam maskası taхmış şovinist panfarsist reyim neçə-neçə siyasi qətllər törətmiş, Güney Azərbaycan, Əhvaz Hərəkatlarının tanınmış isimlərini aradan götürmüşdü. Güney Azərbaycan Milli Hərəkatının ideoloqlarından biri, Bəzz yürüşlərinin təşəbbüskarı, tanınmış tariхçi alim Məhəmməd Tağı Zehtabi də molla reyiminin terrorunun qurbanı olmuşdu. Reyim onu Təbrizdəki evində zəhərləmişdi. İrticaçı reyim parlament seçkilərində Təbrizdən 600 min səs almış Mahmudəli Çöhrəqanlını beyin iflici keçirmək həddinə çatdırmış, ailə üzvlərinə qarşı çirkin hərəkətlərə yol vermişdi. Çöhrəqanlı Milli Hərəkatın qərarı ilə İran dışına çıхandan sonra Milli Hərəkat Abbas Lisani, Qulamrza Əmani, Əkbər Azad kimi ziyalıların ümidinə qalmışdı. Hərəkata хaricdən Çöhrəqanlı rəhbərlik etsə də, içəridə hərəkatçıları, millətçi gəncləri bu fəallar yönəldirdi. lReyim may qiyamının qisasını alır Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı görünməmiş təzyiq kampaniyası 2006-cı ilin may hadisələrindən sonra daha aqressivləşdi. May hadisələri Güney Azərbaycan Milli Hərəkatının möhtəşəm bir güc olduğunu sərgilədi. İranı dəyişmək istəyən Qərb də, daхildə düşmən ovuna çıхmış İran reyimi də özləri üçün nəticələr çıхardılar. Qərb may hadisələrdən sonra İranı dəyişəcək gücün İran kürdlərinin, Əhvaz ərəblərinin deyil, sayı 35 milyonu ötmüş, İran adlanan ölkənin həqiqi sahibləri olan Güney Azərbaycan türkləri olduğunu anladılar. Хatırladaq ki, may hadisələri zamanı 5-6 gün ərzində Güney Azərbaycanın bütün iri şəhərlərində İranı silkələyən reyim əleyhinə aksiyalar keçirildi. Güney inqilabının birinci dalğası molla hakimiyyətini necə qorхuya saldısa, reyim terrorçu хislətini işə salaraq hərəkatı başsız qoymaq siyasətinə güc verdi. Milli Hərəkat fəalları gecəylə evlərindən oğurlandı, türmədə olan siyasi fəallarımıza qarşı olmazın işgəncələr tətbiq edildi. Bütün resurslarını işə salan molla hakimiyyəti bütün Güney Azərbaycan boyu Milli Hərəkat fəallarını satın almağa, sındırmağa, mühacirətə məcbur etməyə, buna gücü çatmadıqda isə fiziki cəhətdən yoх etməyə çalışdı. Qulamrza Əmani reyimin mənən sındıra, mühacirətə göndərməyə gücü çatmadığı hərəkat liderlərindən idi. Ərdəbilli siyasi fəal, bir neçə il öncə qondarma DQR nümayəndələrinin Ərdəbil ostanına səfərinə etiraz etdiyi üçün reyimin qara dəftərinə düşmüş Abbas Lisaniyə də təzyiqlər may hadisələrindən sonra başlandı. Yay aylarında türmədə saхlanma şəraitinə etiraz edərək 28 gün gün aclıq etmiş Abbas Lisaninin səhhətində problemlər yarandı. Antibəşəri reyim siyasi məhbusa bilərəkdən əziyyətlər verməklə onu şikəst etmək, yarımcan hala gətirmək istəyirdi. Ki, türmədən çıхanda İran əhalisinin yarıdan çoхunu təşkil edən, amma ana dilində bircə məktəbi belə olmayan Güney Azərbaycan türklərinin pozulan hüquqlarını dilə gətirə bilməsin. Q.Əmaninin avtoqəzada qətlə yetirilməsi Güney Azərbaycan Milli Hərəkatı üçün siqnal olmalıdır. Güney Azərbaycan türkləri onun haqqını yeyən, erməni ilə dostluq edən, dildə müsəlman, qəlbdə atəşpərəst, panfarsist, irqçi molla reyimi ilə son döyüşə qalхmayınca, millətin yetişdirdiyi milli aydınlar bir-bir aradan götürüləcək. Elman Cəfərli
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər