SON XƏBƏRLƏR

Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib

2021.10.20, 07:36
Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib

Gunaz.tv
Anjey Kaspşik separatçı Dağlıq Qarabağ rejiminin başçısı ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Xankəndində separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla görüşüb. APA-nın “PanARMENİAN”-a istinadən verdiyi məlumata görə, görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. ---------------------------------------------------------------------- Güləşçilərimiz Türkiyədə keçirilən yarışda 5 medal qazanıblar Komanda hesabında isə sərbəst güləşçilərimiz turniri 43 xalla 3-cü yerdə başa vurublar Güləşçilərimiz Türkiyədən vətənə 5 medalla qayıdıblar. İstanbulda keçirilmiş güləş üzrə gənclərin beynəlxalq turnirində yarışmış sərbəst güləşçilərimizdən 4-ü yekun nəticədə mükafatçılar arasında qərarlaşıb. Amma Yunan-Roma növündə yarışan idmançılarımızın çıxışları bir o qədər məzmunlu alınmayıb. Bu növdə güləşçilərimizin qazancı bir medal olub. Komanda hesabında isə sərbəst güləşçilərimiz turniri 43 xalla 3-cü yerdə başa vurublar. İlk yeri isə müvafiq olaraq Rusiya və Türkiyə yığmaları tutub. Qeyd edək ki, ümumilikdə turnirdə 13 ölkədən 160 güləşçi qüvvəsini sınayıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar