SON XƏBƏRLƏR

Xocalı soyqırımına həsr olunmuş «Dua» filmi Bişkekdə «Sülh mövzusunun ən yaxşı əksinə görə» mükafatına layiq görülüb

2021.10.20, 07:36
Xocalı soyqırımına həsr olunmuş «Dua» filmi Bişkekdə «Sülh mövzusunun ən yaxşı əksinə görə» mükafatına layiq görülüb

Gunaz.tv
Xocalı soyqırımına həsr olunmuş «Dua» filmi Bişkekdə «Sülh mövzusunun ən yaxşı əksinə görə» mükafatına layiq görülüb soygirim.jpg Xocalı soyqırımına həsr olunmuş «Dua» filmi Bişkekdə «Sülh mövzusunun ən yaxşı əksinə görə» mükafatına layiq görülüb Qırğızıstanın paytaxtı Bişkek şəhərində 2-ci İssıq-Göl beynəlxalq kinofestivalı öz işini başa çatdırıb Oktyabrın 25-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində 2-ci İssıq-Göl beynəlxalq kinofestivalı öz işini başa çatdırıb. Çinqiz Aytmatovun xatirəsinə həsr olunmuş festivalın müsabiqəsində on dörd ölkənin istehsalı olan qırxa qədər film iştirak edib. Festivalın açılışında böyük ədibin «Əlvida, Gülsara!» romanı əsasında Qazaxıstanda çəkilmiş film nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan kinosu festivalda «Dua» sənədli filmi ilə təmsil olunub. Münsiflər heyətinin qərarı ilə «Dua» «Sülh mövzusunun ən yaxşı əksinə görə» prizinə layiq görülüb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş film 2008-ci ildə «Salnamə» studiyasında rejissor Ziya Şıxlinski tərəfindən çəkilib, ssenari müəllifi Yusif Şeyxov, operator Rafiq Quliyevdir. Bu il fevralın 26-da dünyanın onlarla ölkəsindəki səfirliklərimiz və diaspora təşkilatları həmin filmin beynəlxalq təqdimatını keçiriblər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar