SON XƏBƏRLƏR

Bir sıra ölkələrin iqtisadiyyatı artıq tənəzzül dövrünə qədəm qoyub

2021.10.20, 07:36
Bir sıra ölkələrin iqtisadiyyatı artıq tənəzzül dövrünə qədəm qoyub

Gunaz.tv
Bir sıra ölkələrin iqtisadiyyatı artıq tənəzzül dövrünə qədəm qoyub dollar-5.jpg Elison Lebra: «Neqativ reytinq hərəkətlərinin təqribən 70 faizi inkişaf etmiş iqtisadiyyata malik ölkələrin payına düşür» «Fitç» reytinq agenliyi dünyada neqativ reytinq hərəkətlərinin artdığını və bunun 2008-ci ilin sonunda da davam edəcəyi barədə məlumat yayıb. Agentliyin maliyyə təşkilatları üzrə analitik qrupunun rəhbəri Elison Lebra bildirib ki, bir sıra ölkələrin iqtisadiyyatı artıq tənəzzül dövrünə qədəm qoyub və bu özünü ən çox bank sektorunda göstərir: «Neqativ reytinq hərəkətlərinin təqribən 70 faizi inkişaf etmiş iqtisadiyyata malik ölkələrin payına düşür. Bu, ən çox Mərkəzi və Şərqi Avropa banklarına aiddir». Sənədə əsasən, 2008-ci ilin 2-ci yarısından başlayaraq «neqativ» proqnozların miqdarı sürətlə artıb və sentyabrda neqativ reytinq hərəkətlərinin sayı pozitivlə müqayisədə 4 dəfə çox olub. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar