SON XƏBƏRLƏR

ANAP yenidən

2021.10.20, 07:36
ANAP yenidən

Gunaz.tv
ANAP yenidən "dirilir" İki il əvvələdək Türkiyə siyasətinin aparıcı qurumlarından sayılan Ana Vətən Partiyası (ANAP) rəhbərliyini dəyişərək yenidən zirvəyə qayıtmağı planlaşdırır. ANAP-ın VI fövqəloadə Böyük Konqresində sədr postuna 405 nümayəndənin səsi ilə Saleh Uzun seçilib. "Səs verən və verməyən hər kəsə təşəkkür edirəm. Bu an dualarınıza ehtiyacım var. Allah hamımıza uğur gətirsin, xəcalətli etməsin. Hamımız birlikdə ANAP-ı Türkiyə siyasətinin güclü partiyasına döndərəcəyik", - S.Uzun deyib. Saleh Uzun, 1970-ci ildə doğulub. Ankara Universitetinin politologiya və beynəlxalq əlaqələr fakultəsini bitirib. ANAP-ın iqtidarda olduğu illərdə müxtəlif hökümət vəzifələrində çalışıb. 2006-cı ildə məmurluqdan istefa verərək, partiyaya qayıdıbvə bu günə qədər sədr müavini vəzifəsini icra edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar