SON XƏBƏRLƏR

VI Beynəlxalq Türk Dili Qurultayı sona çatdı

2021.10.20, 07:36
VI Beynəlxalq Türk Dili Qurultayı sona çatdı

Gunaz.tv
VI Beynəlxalq Türk Dili Qurultayı sona çatdı turkdunyasi.gif Türkiyənin paytaxtı Ankara şəhərində VI Beynəlxalq Türk Dili Qurultayı keçirilib. Tədbirə Naxçıvandan 7 dilçi alim qatılıb. Qurultayın keçirilməsində əsas məqsəd türk dilinin öyrənilməsi, inkişafı və beynəlxalq aləmdə öz mövqeyini gücləndirməsi olub. Bu il altıncı dəfə təşkil olunan Beynəlxalq Türk Dili Qurultayı 5 ildən bir keçirilir. Budəfəki qurultayda dünyanın 34 ölkəsindən 450-dən çox nümayəndə iştirak edib. Tədbirdə türk dilinin tarixi, inkişafı, türk xalqlarının bir-biri ilə əlaqəsi, ortaq türk dilinin yeri, qədim türk yazılı abidələri, türk toponimikası, xüsusilə Mahmud Kaşğarlının "Divani-Lüğəti-Türk" əsərinin 850 illiyinin YUNESKO tərəfindən qeyd olunması, əsərin müzakirəsi və öyrənilməsi məsələləri yer alıb. Bir həftə davam edən konfransın sonunda Konya və Qaraman şəhərlərinə səfərlər təşkil olunub. Səfər çərçivəsində Konyada iştirakçılar Mövlanə Cəlaləddin Ruminin qəbrini ziyarət ediblər. Bundan sonra iştirakçılar Mövlanə muzeyində və "Səma" tamaşası göstərilən Mövlanə Mədəniyyət Mərkəzində olublar. Qaraman şəhərində Məhmət bəy Karamanlı şənliklərində iştirak ediblər. Qeyd edək ki, Məhmət bəy Karamanlı 1277-ci ildə türk dilinin Anadolunun vahid danışıq və yazı dili olması barədə fərman verən ilk türk hökmdarı kimi tanınır / lent.az /

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar