SON XƏBƏRLƏR

Erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdə huşsuz olub

2021.10.20, 07:36
Erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdə huşsuz olub

Gunaz.tv
Erməni əsirliyində olan Azərbaycan Ordusunun əsgəri Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşdə huşsuz olub esger_xendekkk.jpg Bunu əsirin valideynlərinə BQXK-nin əməkdaşları bildiriblər Cəbhənin Qazax istiqamətində 20 gün əvvəl ermənilərə əsir düşən Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşərkən huşsuz vəziyyətdə olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bunu əsirin valideynlərinə BQXK-nin əməkdaşları bildiriblər. Əsir əsgərin anası Rübabə Həsənovanın sözlərinə görə, qurum nümayəndələri onun oğlu ilə ilk dəfə oktyabrın 9-da görüşüblər. «Siyahıya aldıq, ancaq özündə deyildi deyə danışa bilməyiblər. Oktyabrın 16-da bir də gedib görüşüblər. Onda da məktubu oğlum deyib, onlarda yazıblar». Əsirin ailəsi də ona məktub yazaraq BQXK-nin Bərdədəki ofisinin əməkdaşlarına verib. Rafiq Həsənovun atası Rəhman Həsənov məktubda yaxşı olduqlarını, tezliklə vətənə qayıtmasını arzuladıqlarını yazıblar. Qeyd edək ki, əsirin atası oğlunun hərbi xidmət zamanı əsgər və çavuşlar tərəfindən incidildiyini, bu barədə Qazax Hərbi Prokuroruna şikayət etdiyini də bildirib. Onun sözlərinə görə, prokurorluqda dindirilən hərbçilər də bunu təsdiq edib. Oğlunun hansı şəraitdə əsir düşməsi barədə isə Rəhman Həsənova Hərbi Prokurorluqda və hərbi hissədən hər hansı məlumat verilməyib. Onun sözlərinə görə, oktyabrın 8-də səhər Rafiqlə onu incitdiklərini iddia etdiyi əsgərlər arasında dava düşüb. «Mən getdim hərbi hissəyə, posta da çıxdım. Orada olan Vəliyev qardaşlarından biri saat 9 radələrində oğlumun yoxa çıxdığını, bu vaxt 3 güllə səsi eşidildiyini, ancaq səsin hansı tərəfdən gəlmədiyini bildirib». Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənov oktyabrın 8-də Qazax rayonunun Kəmərli kəndi istiqamətində ermənilərə əsir düşüb. Ağdamın Yusifcanlı kəndində anadan olan əsgər bu ilin aprel ayında hərbi xidmətə çağrılmışdı. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar