SON XƏBƏRLƏR

ABŞ KONQRESİNDƏ QALMAQALLI XƏRİTƏ . Azərbaycan ərazilərinin bir hissəsi “Kürdüstan” sərhədləri içərisində göstərildi

2021.10.20, 07:36
ABŞ KONQRESİNDƏ QALMAQALLI XƏRİTƏ . Azərbaycan ərazilərinin bir hissəsi “Kürdüstan” sərhədləri içərisində göstərildi

Gunaz.tv
ABŞ KONQRESİNDƏ QALMAQALLI XƏRİTƏ Azərbaycan ərazilərinin bir hissəsi “Kürdüstan” sərhədləri içərisində göstərildi 647.jpg ABŞ Konqresinin rəsmi internet saytında yerləşdirilən xəritədə Azərbaycan ərazilərinin bir hissəsi “Kürdüstan” dövlətinin sərhədləri daxilində göstərilib. Faktı Türkiyənin “Cümhuriyyet” qəzeti üzə çıxarıb. Bildirilir ki, qalmaqallı xəritəni ABŞ Konqresinin Araşdırmalar Mərkəzi hazırlayb. Mərkəzin “Səddam sonrası kürdlər” adlı hesabatına əlavə edilən “Kürdüstan” xəritəsində Türkiyənin cənub-şərq bölgələri, habelə Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi mövcud olmayan kürd dövlətinin əraziləri kimi göstərilir. Hesabatın müəllifi Konqresin Araşdırmalar Mərkəzinin eksperti Kennet Katzmandır. Hesabat bu il sentyabrın 25-də Konqresə təqdim olunub və hələ də bu qurumun rəsmi internet saytında yer alır. Sözügedən xəritədə Türkiyənin cənub-şərq bölgələri ilə yanaşı, İranın qərb bölgələri, Suriyanın şimal-şərqi, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi də “Kürdüstan” sərhədləri daxilində göstərilir. Xəritənin mənbəyi olaraq hesabatı hazırlayan mərkəz göstərilib. Xəritənin altında “qırmızı rənglə rənglənmiş ərazilər kürd bölgələrini göstərir” şəklində izahat yazılıb. Hesabatda deyilir ki, İraqda Səddam Hüseynin hakimiyyəti kürdlərin ABŞ-la yaxın münasibətlər qurmasına şərait yaratdı. Amerikanın İraqa hərbi müdaxiləsindən sonra ölkənin yeni konstitusiyası kürdlərə regional, ancaq de-fakto mövcud olan dövlət yaratmağa imkan verdi. Hesabatda deyildiyinə görə, İraqın şimalına nəzarət edən kürd liderlər müstəqillik arxasınca getmədiklərini desələr də, yeni nəsil kürdlər İraqdan ayrılmaq tələbini qoya bilər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar