SON XƏBƏRLƏR

ABŞ-ın Suriya sərhədində keçirdiyi hərbi əməliyyat 8 nəfərin ölümü ilə nəticələnib

2021.10.20, 07:36
ABŞ-ın Suriya sərhədində keçirdiyi hərbi əməliyyat 8 nəfərin ölümü ilə nəticələnib

Gunaz.tv
ABŞ-ın Suriya sərhədində keçirdiyi hərbi əməliyyat 8 nəfərin ölümü ilə nəticələnib us-sudan-2.jpg Ölənlər arasında 4 nəfəri azyaşlı uşaq olmaqla bir neçə mülki şəxs də var Amerika Birləşmiş Ştatlarına məxsus hərbi helikopterlərin İraqın Suriya ilə sərhədində keçirdiyi əməliyyat zamanı 8 nəfər ölüb. Bu əməliyyat Suriya hökümətinin kəskin etirazına səbəb olub. Rəsmi Dəməşq artıq bu hadisəni təcavüz kimi dəyərləndirib. Suriya hökumətinin bəyənatında bildirilir ki, Amerika helikopterləri ölkə ərazisinin 8 kilometr dərinliyində yerləşən Əbu Kamal şəhəri yaxınılığındakı Sukariye fermasına hücum təşkil ediblər. Qeyd edilir ki, 4 helikopterin iştirak etdiyi hücumda içərisində dinc insanların da olduğu inşası davam etdirilən mülki obyektə raket zərbələri endirilib. Bu səbəbdən ölənlər arasında 4-ü uşaq olmaqla bir neçə mülki şəxs də var. Birləşmiş Ştatların hərbi rəsmiləri isə əməliyyat zamanı, Suriya ərazisindən İraqa keçən əcnəbi döyüşçülərlə bağlılığı olan "Əl-Qaidə" şəbəkəsinin hədəfə alındığını bildiriblər. Onlar həmçinin rəsmi Dəməşqin bu ölkənin sərhədlərindən İraq ərazisinə keçən "Əl-Qaidə" üzvlərinə imkan yaratmaqda ittiham edib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar