SON XƏBƏRLƏR

Müslüm Maqomayevin cənazəsi bu gün(28 oktyabr) Bakıya gətiriləcək

2021.10.20, 07:36
Müslüm Maqomayevin cənazəsi bu gün(28 oktyabr) Bakıya gətiriləcək

Gunaz.tv
Müslüm Maqomayevin cənazəsi bu gün Bakıya gətiriləcək muslum_maqom_09.jpg Qarşılanma mərasimində bir sıra hökümət nümayəndələri və mədəniyyət xadimlərinin iştirak edəcəyi nəzərdə tutulub SSRİ xalq artisti Müslüm Maqomayevin cənazəsi bu gün Bakıya gətiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, cənazə saat 18.30-da artıq Bakıda olacaq. Xatırladaq ki, bunun üçün Moskvaya göndərilmiş nümayəndə heyətinə Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Eldar Quliyev və Azərbaycanın digər tanınmış mədəniyyət və incəsənət xadimləri daxildirlər. Bu gün Moskvada, P.Çaykovski adına konsert zalında Müslüm Maqomayevlə vida mərasimi olacaq, sabah isə Bakıda M.Maqomayev adına Dövlət Filarmoniyasında mərhum ifaçı ilə vida mərasimi keçiriləcək. Sonra isə dahi sənətkar Fəxri Xiyabanda dəfn olunacaq. Müslüm Maqomayevin doğma Vətəndə dəfn edilməsi barədə təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb. Xatırladaq ki, M. Maqomayev oktyabrın 24-dən 25-ə keçən gecə uzun sürən xətəlikdən sonra 67 yaşında Moskvadakı evində vəfat edib. Aytən Həmidova/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar