SON XƏBƏRLƏR

Barak Obama və Con Makkeyn

2021.10.20, 07:36
Barak Obama və Con Makkeyn

Gunaz.tv
Barak Obama və Con Makkeyn Amerikada prezidentliyə hər 2 namizəd bu həftəsonu ölkənin qərbində seçkiqabağı kampaniyalarını keçirilər. Seçkilərə cəmi 1 həftə qalmış bir dövrdə bütün əsas rəy sorğuları üstünlüyü Barak Obamaya verir. Lakin onunla John McCain arasında bəzi iri ştatlarda fərq hələ də cüzidir. Maraqlıdır ki, bəzi aparıcı şərhçilər Barak Obamanın seçkilərdə uduzacağını istisna etmirlər. Cənab Buşun yenidən seçildiyi 2004-cü ilin seçki kampaniyasına başçılıq edən Matthew Dowd, John McCainin cüzi üstünlüklə qələbə çala biləсəyini zənn edən yüksək rütbəli fiqurlardandır. Onun fikrincə, bu o zaman baş verə bilər ki, Barak Obama ciddi səhv buraxsın, yaxudda onunla bağlı hansısa bir məlumat aşkarlansın, yaxudda hansısa bir beynəlxalq insident baş versin. Əks halda, cənab Dowd hesab edir ki, yarışı artıq bitmiş hesab etmək olar. Belə nəticənin sadə səbəbləri var. C-b Obama prezident seçkilərində qələbəni təmin edən 270 seçki vəkillinin səsini qazanmaq üçün kifayət sayda ştatlarda liderliyə malikdir. Bundan əlavə o eləcə də, c-b McCainin - necə deyərlər - uduzmağa haqqı olmayan bir neçə ştatda da irəlidə gedir, o cümlədən Colorado, Ohio və Virginia-da. C-b McCain etiraf edir ki, o hazırda autsayderdir. O özünü Harry Truman-la müqayisə edir. Harry Truman 1948-ci ildə heç kimin gözləmədiyi halda Thomas Dew-ya qalib gələ bildi. Əgər c-b McCain bucür gedişə hazırlaşırsa, onda onun cəmi 1 həftəsi qalıb. Bu dəfəki seçki kampaniyasının muasir dövrün heç bir seçkisinə bənzəməməsini qeyd edənlər hesab edirlər ki, c-b McCainin bəxti gətirə bilər. Belə olarsa, seçki marafonu finişində daha bir sürprizin baş verəcəyini demək mümkündr.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar