SON XƏBƏRLƏR

Saakaşvili baş naziri istefaya göndərdi

2021.10.20, 07:36
Saakaşvili baş naziri istefaya göndərdi

Gunaz.tv
Saakaşvili baş naziri istefaya göndərdi Prezident baş nazir postuna Türkiyədəki səfiri gətirir saak-bash-naz-istef.jpg Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Vladimir (Lado) Qurqenidzeni istefaya göndərib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, baş nazirin istefası ilə yanaşı hökumətdə digər dəyişikliklər də nəzərdə tutulub. Gürcüstan hökumətindəki mənbə bildirib ki, prezident artıq yeni baş nazirin namizədliyini müəyyənləşdirib. İddiaya görə, bu posta hazırda Gürcüstanın Türkiyədəki səfiri postunu tutan 35 yaşlı Qriqol Mqaloblişvili təyin ediləcək. Hələlik Qurqenidzenin istefaya göndərilmə səbəbləri açıqlanmayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar