SON XƏBƏRLƏR

Qarabağın statusu məsələsində tərəflər arasında razılaşma əldə edilməsinə bir addım qalır . Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib

2021.10.20, 07:36
Qarabağın statusu məsələsində tərəflər arasında razılaşma əldə edilməsinə bir addım qalır . Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib

Gunaz.tv
«Qarabağın statusu məsələsində tərəflər arasında razılaşma əldə edilməsinə bir addım qalır» Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib edvard_nalbandyan-06-05.jpg «Qarabağa dair danışıqlarda Dağlıq Qarabağın statusu məsələsində tərəflər arasında razılaşma əldə edilməsinə bir addım qalır». Bu sözləri BBC radiosunun Azərbaycan xidmətinə müsahibəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. Xarici işlər naziri danışıqların hansı mərhələdə olduğu və guya həll edilməmiş bir-iki məsələnin qaldığı barədə iddialara aid suala belə cavab verib. «Mən hesab etmirəm ki, bütün məsələlər həll edilib, və bir-iki həll edilməmiş məsələ qalıb. Əslində, bu, heç də belə deyil. Biz indi hər iki prezidentin Sankt-Peterburqda təsdiq etdiyi mərhələdəyik. Sankt-Peterburqda isə Ermənistan və Azərbaycan prezidentləri Minsk qrupu həmsədrlərinin 2007-ci ilin noyabrında təklif etdikləri Madrid prinsipləri əsasında danışıqları davam etdirmək əzmini təsdiq ediblər. Biz ümidvarıq ki, Azərbaycanda prezident seçkilərindən sonra indi iki prezidentin yeni görüşü üçün imkan yaranacaq və bu görüş danışıqların fəallaşmasına təkan verəcək». /Новости-Армения/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar