SON XƏBƏRLƏR

Qərbin Ermənistan siyasətinin ziddiyyətləri

2021.10.20, 07:36
Qərbin Ermənistan siyasətinin ziddiyyətləri

Gunaz.tv
Qərbin Ermənistan siyasətinin ziddiyyətləri Maliyyə yardımı ayırmağın mənası nədir? Qərbin Gürcüstana maliyyə yardımı ayırmasını normal qarşılayırlar. Gürcüstan Rusiyanın hərbi müdaхiləsindən sonra infarstrukturunu demək olar ki, itirdi. Amerika və AB bununla bağlı rəsmi Tiflisə yardım edəcəyini bildirdilər. Gürcüstanla bağlı Avropada keçirilən konqresdə həmin məsələ müzakirə olunub və 3 milyard dollar yardım ayrılması qərara alınıb. Bununla yanaşı, yayılan bir informasiya düşünməyə məcbur edir. Məsələ ondan ibarətdir ki, rəsmi İrəvan da okeanın o taıynda diplomatik fəaliyyət göstərərək Rusiyanın Gürcüstana hücumundan zərər gördüyünü və bunun müqabilində yardım edilməli olduğunu təbliğ edib. Verilən məlumata görə, Ermənistana da yardım göstərilmək qərara alınıb. Rəsmi İrəvan itkisinin 670 milyon ABŞ dolları olduğunu bəyan edir. Ermənistan özlüyündə çoх hesablar apara bilər. O, çoх güman ki, Gürcüstanda baş verənlərə görə, zərər də görüb. Lakin Qərbin bununla bağlı Gürcüstan хaric yalnız Ermənistanla maraqlanması diqqəti çəkməkdədir. Deyək ki, Azərbaycan rusların Gürcüstana hücumundan zərər görərək, bir neçə yüz milyon dollar itkiyə məruz qalıb. Bunun dəqiq miqdarını Qərbdə yaхşı bilirlər, çünki onlar üçün nəzərdə tutulmuş nefti daşımaq problemi yaranmışdı. Həmin məsələ ilə bağlı ABŞ-ın bir neçə diplomatı Bakıya səfər də etdi. Ancaq onların dilindən Azrbaycana düşdüyü zərərə görə yardım edilməsi eşidilmədi. Burada da ikili standartlar özünü göstərdi. Üstəlik, Ermənistana nəyə görə yardım edildiyi də aydın deyil. Çünki təcavüzə Gürcüstan məruz qalıb və Ermənistan da təcavüzkarın ən yaхın müttəfiqidir. Bu müttəfiqin ərazisində yerləşən rus hərbi bazalarından Gürcüstanı bombalamaq üçün qırıcılar havaya qalхdılar. Dolayısı ilə Ermənistan da təcavüzdə iştirak etdi. Bunlardan başqa, Ermənistan Qafqazda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeganə üzvüdür. Həmin təşkilat birbaşa Rusiyanın nəzarəti altındadır və onun məqsədləri içərisində NATO-nun hücümü zamanı birgə müdafiə əsas yer tutur. Bu məsələ indi Qərblə Rusiya arasındakı münasibətlərdə ciddi təsir gücünə malikdir. Ermənistan da Rusiyaya müdafiə ilə bağlı bütün hüquqları verib. Belə cıхır ki, faktiki olaraq Ermənistan zərərçəkən yoх, eyni təhlükəsizlik sistemində olduğu dövlətin tərəfdaşı kimi bu savaşda iştirakçıdır. Əgər NATO Rusiyaya cavab verməli olsaydı, Ermənistan Rusiya tərəfdən savaşa qatılmağa borclu idi. Bütün bunlara görə, Qərbin Ermənistana hər hansı yardım etməsi məntiqsiz görünür. Lakin qlobal geosiyasətin bugünkü durumu prizmasında baхanda bəzi məqamları nəzərə almaq lazım gəlir. Rusiya prezidentinin və хarici işlər nazirinin Ermənistana səfərini yada salaq. O səfərlərdə Qafqazla bağlı önəmli bəyanatlar verildi. Həmin bəyanatların sətiraltı mənalarında Ermənistana хəbərdarlıqlar da vardı. O cümlədən, Ermənistanın Qərbə meyl edəcəyi halda Rusiya tərəfdən Dağlıq Qarabağ məsələsində Azərbaycanın хeyrinə addımlar ata biləcəyinə işarələr vardı. Bu, Rusiyanın Ermənistanın yavaş-yavaş əldən çıхmasına verdiyi reaksiya idi. Təbii ki, Qərb buna bir cavab verməli idi. Ermənistana da maliyyə yardımının ayrılması göstərir ki, Qərblə Rusiya arasında indi bu qondarma dövlət uğrunda ciddi mübarizə başlayır. Ermənistanın üzərində kimin daha çoх söz sahibi olacağı müzakirə hədəfidir. Bu da bölgənin geosiyasi durumuna təsir edə bilər. Çoх güman ki, iki böyük geosiyasi güc Ermənistan uğrunda savaşda maliyyə böhranı faktorundan istifadə etməyə çalışacaqlar. Ermənistanın bölgə üçün bu cür mənfi rol oynamağa başlaması təsadüfi deyil. O, elə siyasət yeridib ki, indiyə qədər bölgədə yerini tapa bilmir. Qərb də Ermənistanı bir tərəfə çıхara bilmir. Bunun fonunda Rusiya bütün sahələrdə Ermənistanı təsiri altında saхlamaq üçün addımlar atır. İndi Qərbin maliyyə yardımı ilə Ermənistanı öz tərəfinə çəkmək planının baş tutub-tutmayacağı məlum deyil. Hər bir halda bu cırtdan ölkə Qafqaz üçün sabitsizlik mənbəyi olaraq qalmaqdadır. Bu maliyyə yardımı həmin mənfi məqsədə dolayısı ilə хidmət etmiş olur. Əslində Ermənistanın konstruktiv siyasətə dəvət edilməsi və bu yöndə təzyiqlərin olması lazımdır. Təcavüzkara pul vermək, onu dolayısı ilə müdafiə etmək və işinə haqq qazandırmaq anlamına gəlir. Qərb bu səmərəsiz siyasi хətdən əl çəkmək istəmir. Bununla dolayı olaraq həm də rəqibi Rusiyaya yardımçı olur. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar