SON XƏBƏRLƏR

HACI QAMƏT RADİKALLARIN CİHAD PLANINI AÇIQLADI . Onlar 1000-2000 nəfərlə cihad etmək istəyirdilər, hətta səngərlər də qazılmışdı

2021.10.20, 07:36
HACI QAMƏT RADİKALLARIN CİHAD PLANINI AÇIQLADI . Onlar 1000-2000 nəfərlə cihad etmək istəyirdilər, hətta səngərlər də qazılmışdı

Gunaz.tv
HACI QAMƏT RADİKALLARIN CİHAD PLANINI AÇIQLADI “Onlar 1000-2000 nəfərlə cihad etmək istəyirdilər, hətta səngərlər də qazılmışdı” 5646.jpg Radikal dini qruplarda kimlərisə xəvaric adlandırdığıma görə Əbu Bəkr məscidinə qumbara atılması barədə deyilənlər bəhanədir, səbəb isə bu qrupların Azərbaycanda başlamaq istədikləri cihadın əleyhinə çıxmağımdır. Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bu sözləri məsciddə törədilmiş terror aktı ilə bağlı tutulan şəxslərin teleçıxışlarını “Turan”a şərh edərkən söyləyib. Onun sözlərinə görə, teleçıxışda göstərilən şəxslər sadəcə icraçıdırlar, partlayış törətməklə bağlı qərarı isə bu qrupların fəaliyyətini yönləndirən şura qəbul edir ki, bu şəxslər də xarici dövlətlərin ərazilərində yerləşirlər: “Həm də bu şəxslərin xəvariclər olmaları mənim yox, alimlərin fikir və mövqeyidir. Ona görə də mənim kimlərəsə xəvarc deməyimin məsciddə partlayış törətməyə səbəb olması barədə teleçıxışda deyilənlər əsassızdır. Onlar bu partlayışla məni öldürmək, məscidin bağlanmasına və narazıların sayının artmasına nail olmaq, ətraflarında 1000-2000 nəfər toplamaqla cihada başlamaq istəyirdilər və bu məqsədlə artıq şimal rayonlarında səngərlər qazılırdı”. O, Şimali Qafqazda neçə illərdir davam etməkdə olan terror olaylarını həmin bu cihadın nəticəsi adlandırıb, hazırda bu qüvvələrin Çeçenistandakı hadisələri Dağıstana, İnquşetiyaya, Şimali Abxaziyaya keçirməkdə olduğunu və o cümlədən Azərbaycanı terrorun hədəfi seçdiklərini söyləyib: “Sadəcə olaraq, Azərbaycanda hüquq-mühafizə orqanları hadisələri vaxtında qabaqlayaraq tez həll etdilər və bu qrupların hücumları genişləndirmək imkanları aradan qaldırıldı”. Q.Süleymanov bu şəxslərin çoxunu tanımadığını deyib, eləcə də Azərbaycanda cihada əsas olmadığını bildirib: “Mən anlamıram ki, bu adamlar kimlərlə cihad etmək istəyirlər, Qurani-Kərimin bir neçə ayəsini götürüb buna istinadən cihad etmək haqqı haradandır. Fikrimcə, bu insanların psixologiyalarında problemi var, bir çoxları səhv yoldadır, bir çoxları müəyyən dövlətlərin kəşfiyyat orqanlarının əlində vasitəyə dönüblər. Odur ki, dini və dünyəvi baxımdan səhv yoldadırlar”. Əbu Bəkr məscidinin fəaliyyətinə gəlincə, Q.Süleymanov hələ də məscidin açılmadığını deyib və bu vəziyyətin məscid icmasının təəccübünə səbəb olduğunu bildirib: “Biz dövlətin, rəhbərliyin əleyhinə çıxmamışıq, dövlətə qarşı olanlara qarşı çıxmışıq və ona görə də bizə qarşı belə rəftar təəccübümüzə səbəb olur, amma ümid edirik ki, hər şey yaxşı sonluqla başa çatacaq”. Xatırladaq ki, bu il avqustun 17-də axşam Əbu Bəkr məscidində törədilən partlayışda 3 nəfər həlak olub, 15-ə yaxın şəxs yaralanıb. Partlayışı törədən bəzi şəxslər həbs edilib və bu şəxslərin çıxışları oktyabrın 25-də telekanallarda yayımlanıb. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar