SON XƏBƏRLƏR

ABŞ-da benzin ucuzlaşır

2021.10.20, 07:36
ABŞ-da benzin ucuzlaşır

Gunaz.tv
ABŞ-da benzin ucuzlaşır ABŞ-da benzinin qiymətləri sürətlə ucuzlaşır. Son iki həftə ərzində amerikalıların aldıqları benzinin satış qiymətlərində $0,53-lük üzüaşağı yuvarlanma müşahidə olunur. Birləşmiş Ştatların benzin bazarının analizi ilə mşəğul olan "Lundberg Survey" şirkətinin hesabatına əsaslanan "CNN Money" bildirir ki, ən ucuz benzinin 1 qallonu $2,78-dən satılır. Halbuki oktyabrın 10-da bu qiymət $3,31-ə bərabərdi. Və elə oktyabrın 10-da ABŞ-da benzin qiymətlərinin müşahidəsinə başlandığı gündən bəri 60 ildə ən böyük ucuzlaşma - qiymətlərin $0,35 aşağı düşməsi qeydə alınıb. Birləşmiş Ştatlarda benzinin ən başa qiyməti iyulun 11-də qeydə alınıb: həmin gün benzinin 1 qallonu $4,11-dən satılıb. Daha sonra dünya bazarlarında xam neftin sürəkli ucuzlaşması və qlobal maliyyə böhranı nəticəsində istehsalın azalaraq tələbatın aşağlı düşməsin nəticəsində benzinin qiymətlərində aramsız geriləmə yaşanır. "Lundberg Survey"in prezidenti Tribli Landberq bildirir ki, benzinin qiymətloəri öundan sonra da ucuzlaşmağa davam edəcək. ABŞ-dakı 5 min yanacaqdoldurma stansiyasından alınmış məlumatlar əsasında hazırlanmış hesabata görə, hazırda ən ucuz benzin Kanzas ştatındakı Viçita şəhərindədir: burada 1 qallon $2,26-dan satılır. Ən bahalı benzin isə Alyaskadakı Ankroric ($3,5) və Havay adalarındakı Honolulu ($3,48) şəhərlərindədir. ABŞ-ın ən bahalı ştatlarından biri sayılan Kaliforniya da geri qalmır. Sank-Fransiskoda 1 qallon benzinin qiyməti $3,37-yə bərabərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar