SON XƏBƏRLƏR

Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub”

2021.10.20, 07:36
Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub”

Gunaz.tv
Serj Sarkisyan: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi fəal mərhələyə daxil olub” İrəvan – APA. “Azərbaycan Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ xalqının təhlükəsizliyinə təminat verərsə, münaqişənin həlli mümkündür”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İctimai Televiziyaya müsahibəsində deyib. O, uzunmüddətli passiv dövrdən sonra həll prosesinin fəal mərhələyə daxil olduğunu bildirib: “Bu, minimum iki vacib məqamla əlaqədardır. Birincisi, Ermənistanda və Azərbaycanda prezident seçkiləri başa çatıb. İkincisi isə, regionda baş vermiş məlum hadisələr hamını bir daha əmin edib ki, münaqişənin hərbi yolla həlli variantı yoxdur”. Ermənistan prezidenti bu mövzuda ictimai müzakirələri faydalı saydığını və belə müzakirələrin daha fəal mərhələsinə daxil olacaqlarını söyləyib: “Biz müqəddəs məsələ və önəmli tarixi vəzifəni həll edirik. Kimsə prosesin gedişində başqa maraq axtarırsa, bu, mənəviyyatsızlıqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar