SON XƏBƏRLƏR

İran prezidentində xəstəlik aşkarlanıb

2021.10.20, 07:36
İran prezidentində xəstəlik aşkarlanıb

Gunaz.tv
İran prezidentində xəstəlik aşkarlanıb mahmud.jpg İran prezidenti Mahmud Əhmədinejadda xəstəlik aşkarlanıb. APA-nın “İrna” ya istinadən verdiyi xəbərə görə, prezidentin xəstələnməsinə əsas səbəb onun gərgin iş qrafiki olub. Əhmədnejadın gündə 20 saat işləməyə alışdığı, buna görə də hazırda yuxusuzluqdan əziyyət çəkdiyi bildirilir. Əhmədnejadın dostlarından olan millət vəkili Məhəmməd İsmayıl Kevsəri xəbəri təsdiqləyib. Lakin o, prezidentin yaxşılaşacağını da deyib. Qeyd edək ki, Əhmədinejadın xəstələnməsi və keçən çərşənbə axşamından bəri görünməməsi onun yeni prezident seçkilərində namizəd olub-olmaması məsələsi ilə bağlı da suallar yaradıb. Dünən İran Dövlət Televiziyası prezidentin İraq müharibəsində ölən əsgərlərin yeni tapılmış qalıqlarının dəfni üçün hazırlanmış törəndə iştirak edəcəyi barədə xəbər versə də, ölkə başçısı heç bir görüntüdə yayımlanmayıb. Millət vəkili Kevsəri isə Əhmədinejadın namizədliyi ilə bağlı məsələdə spekulyasiyalara yol verildiyini bildirməklə kifayətlənib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar