SON XƏBƏRLƏR

Qarabağ problemi üzrə danışıqlarda irəliləyiş 2004-cü ildən var və hazırda danışıqlar masasında problemin həllinə dair sənədlər mövcuddur

2021.10.20, 07:36
Qarabağ problemi üzrə danışıqlarda irəliləyiş 2004-cü ildən var və hazırda danışıqlar masasında problemin həllinə dair sənədlər mövcuddur

Gunaz.tv
kikiki.jpg Bu bəyanatı bu gün İrəvanda ABŞ-ın Ermənistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mari Yovanoviç verib «Birləşmiş Ştatlar Qara Dəniz və Qafqaz bölgəsinin problemlərinin həllində fəal iştirak edəcək». Belə bəyanatla bu gün İrəvanda ABŞ-ın Ermənistana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Mari Yovanoviç çıxış edib. Səfir deyib: «Təəssüf ki, son vaxtlar Gürcüstanda cərəyan edən hadisələr, eləcə də Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan gərginlik Qara dəniz regionunun inkişafında əyləc rolunu oynayır. Bu gərginliyi aradan qaldırmaq üçün rəsmi Vaşinqton tərəfləri açıq dialoq qurmağa çağırır». İrəvanda «Qara dəniz regionunun təhlükəsizliyi» mövzusunda keçirilən konfransdakı çıxışı zamanı Mari Yovoviçin habelə bildirib ki, Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Türkiyə prezidenti Abdulla Gülü İrəvana dəvət etməsi, A.Gülün isə bu dəvəti qəbul eləməsi - çox vacib və şücaətli addımdır. Səfirin sözlərinə görə, həm Sarkisyan, həm Gül yaxşı diplomatlardır. Onlar əməkdaşlığın yeni yollarını tapıblar və bu şəxslərin təşəbbüsü region dövlətləri arasında etibarı daha da artıra bilər. Dağlıq Qarabağ məsələsinə gəlincə, Mari Yovoviç söyləyib ki, ABŞ bu münaqişənin tezliklə həlli üçün müəyyən ümidlər bəsləyir: «2004-cü ildən etibarən bu problemin həlli istiqamətində müəyyən irəliləyişlər müşahidə edilir. Hazırda danışıqlar masasının üstündə münaqişənin həllinə dair sənədlər paketi mövcuddur». /Novosti-Armenia/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar