SON XƏBƏRLƏR

Dağlıq Qarabağ problemi Böyük Britaniyada müzakirə olunacaq

2021.10.20, 07:36
Dağlıq Qarabağ problemi Böyük Britaniyada müzakirə olunacaq

Gunaz.tv
Dağlıq Qarabağ problemi Böyük Britaniyada müzakirə olunacaq london1.jpg Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Londona işgüzar səfərə yola düşür Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Böyük Britaniyaya gedəcək. «Novosti-Armaniya» informasiya agentliyinin yaydığı məlumata əsasən, Londonda E.Nalbandyan əvvəlcə britaniyalı həmkarı Devid Millibend və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Kerolayn Flintlə görüşəcək. Daha sonra Ermənistanın xarici işlər naziri Britaniya parlamentində olacaq və burada Ermənistan-Britaniya parlamentlərarası əməkdaşlıq qrupunun üzvlərilə danışıqlar aparacaq. Edvard Nalbandyanın habelə Avropanın ən böyük elmi mərkəzlərindən biri - İngiltərə Beynəlxalq Əlaqələr Kral institutunda çıxışı planlaşdırılır. Xəbər verilir ki, bütün görüşlərdə İrəvan-London münasibətləri, Qafqaz regionundakı son durum, Dağlıq Qarabağ problemi və Böyük Britaniyadakı erməni icmasının vəziyyəti və digər məsələlər müzakirə olunacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar