SON XƏBƏRLƏR

Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Qulamrza Əmani ŞÜBHƏLİ ŞƏKİLDƏ qətlə yetirilib

2021.10.20, 07:36
Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Qulamrza Əmani ŞÜBHƏLİ ŞƏKİLDƏ qətlə yetirilib

Gunaz.tv
qulamrzaemani.jpg Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Qulamrza Əmani şübhəli şəkildə qətlə yetirilib. DAK informasiya mərkəzinə güneydən daxil olan məlumatlara əsasən 24 oktyabr 2008 inci il tarixində Güney Azərbaycan milli azadlıq hərəkatının tanınmış şəxsiyyətlərindən olan Qulamrza Əmani iki qardaşı ilə birlikdə Əhər-Təbriz yolunda Təbrizin girişində şəxsi maşınlarında İranın Sepah Pasdaranına məxsus yük maşını vasitəsilə ağır yol qəzasında qətlə yetiriliblər. Hadisə zamanı iki qardaşı dərhal həlak olmuş Qulamrza bəy ağır bədən xəsarətı alaraq Təbrizdə İmam xəstəxanasına aparılıbç lakin xəsarətləri ağır olduğundan xəstəxanada vəfat edib. Xatırladaq ki Qulamrza Əmani 1973 cü ildə anadan olub. Təbrizdə Kənd Təsərrüfati Universetini bitirib. 1997 - ci illərdən Güney Azərbaycan milli hərəkatında fəal iştirakçılardan olmuşdur. Milli fəaliyyətinə görə Təbriz ETTELAATI tərəfində dəfələrlə həbs edilmiş və ağır fiziki və ruhi işgəncələrə məruz qalmışdır. O, beş ildən artıq həbs cəzaları çəkmiş, lakin bu qədər işgəncə və həbslər onun iradəsini sındıra bilməmiş, əksinə millətinin haqlarını tələb etməkdə fəaliyyətini qorxmadan davam etdirmişdir. Son zamanlarda İranın Təhlükəsizlik quvvələri Qulamrza Əmanini dəfələrlə istintaqa cəlb etmiş və onu ölümlə hədələmişlər. Nəhayət, faşist molla hakimiyyəti hiyləgər yollarla Azərbaycanın seçilmiş övladlarını nə vasitə ilə olur-olsun aradan aparmağı qarşısına məqsəd qoyduğundan onu vəhşicəsinə qətlə yetirmişdir. Ulu Tanrıdan başda Qulamrza Əmani və qardaşları olmaqla bütün şəhidlərimizə rəhmət diləyirik. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar