SON XƏBƏRLƏR

Türkiyədə DTP-nin təşkilatçılığı ilə keçirilən mitinqdə insident baş verib

2021.10.20, 07:36
Türkiyədə DTP-nin təşkilatçılığı ilə keçirilən mitinqdə insident baş verib

Gunaz.tv
Türkiyədə DTP-nin təşkilatçılığı ilə keçirilən mitinqdə insident baş verib olaylar-25oktbr.jpg Mitinqdə çıxış edən DTP-nin Vandan olan millət vəkili Özdal Üçer kürd dilində hakim Ədalət və Inkişaf Partiyasını (AKP) tənqid edib Türkiyədə Demokratik Toplum Partiyası (DTP) Van vilayətində “Nə AKP, nə də Ergenekon. Problemin həlli demokatik respublika!” şüarı ilə mitinq keçirib. Mitinqdə çıxış edən DTP Van millət vəkili Özdal Üçer kürd dilində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) tənqid edib. Mitinqdən sonra aksiya iştirakçıları DTP-nin şəhər təşkilatına doğru yürüş ediblər. Polis isə hər hansı bir insidentin baş verməməsi üçün aksiyaçıları fərqli istiqamətlərdə dağıtmağa çalışıb. Bir qrup aksiyaçı isə polisə daş atmağa başlayıb. Polisin qaz və duman bombası müdaxiləsi isə insidentin böyüməsi ilə nəticələnib. Aksiyaçılar küçələrdə barrikadalar qurub və tonqallar yandırıb. Polis rəsmiləri DTP-nin insident üçün kiçik uşaqlardan istifadə etdiyi iddia edərək, polisə daş atan aksiyaçıların 9-14 yaş arası uşaqlar olduğunu deyib. Vanda keçirilən mitinqdə yerli polisə dəstək vermək üçün Hakkari, İzmit və Yalova şəhər polis şöbəsindən ehtiyat qüvvətlər gətirilib. Van polis şöbəsinin rəisi Mehmet Salih Kesmezin verdiyi məlumata görə, insident nəticəsində 7 polis nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb və 7 aksiyaçı saxlanılaraq polis şöbəsinə aparılıb. Bundan başqa rəis müdaxilə vaxtı polislərin dəyənəklərdən istifadə etmədiyini və hazırda müdaxilənin davam etdiyini deyib. Şirəli Məmmədov /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar