SON XƏBƏRLƏR

Kürü gürcülər, Arazı ermənilər çirkləndirir

2021.10.20, 07:36
Kürü gürcülər, Arazı ermənilər çirkləndirir

Gunaz.tv
Kürü gürcülər, Arazı ermənilər çirkləndirir kur-cayi.jpg Transsərhəd çaylarda fenol və mis birləşmələri yol verilən qatılıq həddini dəfələrlə keçir Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabrın II ongünlüyü üçün növbəti monitorinq həyata keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin keçirdiyi monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi müşahidə olunur. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 4 dəfə, Ağstafaçayda mis birləşmələri 3 dəfə, fenollar norma daxilindədir, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələr və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Kür çayının Şıxlı-2 məntəqəsində 2, Ağstafaçay məntəqəsində isə 1.9 dəfə yol verilən qatılıq həddini (YVQH) aşıb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıqdır. Suyun əsas çirkləndiricilərindən olan fenollar çayın Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Mis birləşmələri isə Horadiz və I Şahsevən məntəqələrində 4, Bəhramtəpə məntəqəsində isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Biogen maddələrdən nitrat və ammonium ionları norma daxilində olsa da, nitrit ionları Araz çayının Horadiz məntəqəsində 1.1, Bəhramtəpədə 1.9, I Şahsevəndə 1.7 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Bunun da səbəbi Ermənistan ərazisindən axıdılan çirkab sulardır. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.39-6.64 mq/l arasında dəyişərək norma daxilində olub. Nigar Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar