SON XƏBƏRLƏR

İsraildə növbədənkənar seçkilər keçirilək

2021.10.20, 07:36
İsraildə növbədənkənar seçkilər keçirilək

Gunaz.tv
İsraildə növbədənkənar seçkilər keçirilək israil-secki-novbe.jpg Tsipni Livni koalisiya hökuməti qura bilmədi İsrailin hakim “Kadima” partiyasının lideri Tsipi Livni oktyabrın 26-da prezident Şimon Pereslə görüşərək koalisiya hökuməti yaratmaq cəhdlərinin uğursuzluğa düçar olduğunu bildirib. Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, Livni prezidentdən növbədənkənar seçkilərə hazırlıq prosedurunu sürətləndirməyi xahiş edib: “İsrail cəmiyyəti uzun müddət davam edən qeyri-müəyyənlikdən yorulub”. Livni bildirib ki, hökuməti formalaşdırmaq cəhdləri potensial nazirlərin ölçüyəgəlməz “iştahı” ilə üzləşib. O, hökumətdə baş nazir postu tutmaq naminə bu tələbləri qəbul edə bilməyəcəyini vurğulayıb. Peres isə öz növbəsində bəyan edib ki, qanun seçkilər barədə rəsmi bəyanat verməzdən öncə parlament fraksiyaları ilə məsləhətləşmələr üçün ona 3 gün vaxt verir. Prezident hökuməti formalaşdırmaq üçün digər namizəd tapa bilməsə növbədənkənar parlament seçkiləri 2009-cu il fevralın 17-də baş tutacaq. Seçkilər keçirilənə qədər hökumətə Exud Olmert başçılıq edəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar