SON XƏBƏRLƏR

Pakistanda yaraqlıların istehkamının nəzarəti ələ keçirilib

2021.10.20, 07:36
Pakistanda yaraqlıların istehkamının nəzarəti ələ keçirilib

Gunaz.tv
Pakistanda yaraqlıların istehkamının nəzarəti ələ keçirilib afp_pak_army_swat-valley_1.jpg Pakistan ordusunun bildirdiyinə görə, Əfqanıstanla sərhəd yaxınlığındakı ərazilərdə yaraqlıların istehkamı olan Loi Sam şəhərinin nəzarəti ələ keçirilib. General-mayor Tariq Xan müxbirlərə deyib ki, bu hərbi nailiyyət yaralıların güclü müqavimətinə baxmayaraq əldə edilib. Pakistanın hərbi qüvvələri Əl-Qaidə və Taliban yaraqlılarına qarşı əməliyyatları avqust ayında başlayıb. İndiyədək 1500 yaraqlı və 73 əsgər həlak olub. BMT-nin bildirdiyinə görə, döyüşlər səbəbi ilə 190 min insan evindən didərgin düşüb. Onların əksəriyyəti qonşu Əfqanıstanda sığınacaq tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar