SON XƏBƏRLƏR

AZƏRBAYCANIN HÖKUMƏT ADAMLARI MÜSLÜM MAQOMAYEVİN CƏNAZƏSİNİ GƏTİRMƏYƏ GEDİR

2021.10.20, 07:36
AZƏRBAYCANIN HÖKUMƏT ADAMLARI MÜSLÜM MAQOMAYEVİN CƏNAZƏSİNİ GƏTİRMƏYƏ GEDİR

Gunaz.tv
AZƏRBAYCANIN HÖKUMƏT ADAMLARI MÜSLÜM MAQOMAYEVİN CƏNAZƏSİNİ GƏTİRMƏYƏ GEDİR muslimmaqomayevvefatedib1.jpg Görkəmli sənətkar Müslüm Maqomayevin Bakıda dəfn olunması üçün Azərbaycanda hökumət komissiyası yaradılıb. Komissiyanın üzvləri bu saatlarda Moskvaya yola düşür. Məlumatı «Media forum» saytına Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli verib. Onun bildirdiyinə görə, komissiyaya baş nazirin müavini vəzifəsini icra edən Elçin Əfəndiyev rəhbərlik edir. Komissiyaya Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, kinorejissor Eldar Quliyev və başqa mədəniyyət xadimləri daxildir. Moskvada M.Maqomayevlə vida mərasimi oktyabrın 28-də keçirilcək. Mərhumun nəşi Bakıya oktyabrın 29-da gətiriləcək. M.Maqomayevin Fəxri xiyabanda dəfn olunacağı gözlənir. Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən olan Müslüm Maqomayevin nəvəsi Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqust ayının 17-də Bakıda anadan olub. 1949-cu ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində oxumağa başlayıb. 1962-ci ildə Helsinki şəhərində Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalındakı uğurlu çıxışı Müslümə şöhrət gətirib və onun ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə dövlət tərəfindən «La Skala» teatrına göndərilməsi ilə nəticələnib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ xalq artisti Şövkət Məmmədovanın sinfi üzrə bitirib. Əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında başlayıb və ömrünün axırına qədər həmin teatrın solisti olub. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaradıb və uzun müddət ona rəhbərlik edib. 1969-cu ildə Sopot festivalında birinci mükafata, Kann festivalında «Qızıl val» mükafatına layiq görülüb. 31 yaşında SSRİ xalq artisti fəxri adını alıb. Azərbaycanın müstəqilliyi dövründə ali dövlət mükafatları – «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib. Azərbaycanın xalq artistidir. M.Maqomayevin repertuarında 600-dən çox əsər olub. O, bir sıra bədii və sənədli filmlərdə çəkilib. 30-a yaxın mahnının müəllifidir. 1997-ci ildə Günəş sisteminin kiçik planetlərindən birinə onun adı verilib. 2008-ci il oktyabrın 25-də Moskva şəhərində vəfat edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar