SON XƏBƏRLƏR

QULAMRZA ƏMANİNİN VƏ ONUN QARDAŞLARI CƏFƏR VƏ KƏRİM ƏMANİLƏRİN ÖLÜMÜ İLƏ ƏLAQƏDAR ADAPP -in BAŞSAĞLIĞI

2021.10.20, 07:36
QULAMRZA ƏMANİNİN VƏ ONUN QARDAŞLARI CƏFƏR VƏ KƏRİM ƏMANİLƏRİN ÖLÜMÜ İLƏ ƏLAQƏDAR ADAPP -in BAŞSAĞLIĞI

Gunaz.tv
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) adından mən, Qulamrza Əmaninin və onun iki qardaşı Cəfər və Kərim Əmanilərin 24 oktyabr 2008-ci il tarixində səhər çağı İran Azərbaycanında həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Əmani Azərbaycan milli fəallarının yeni nəslinə mənsub bənzərsiz bir fəal idi ki, çoxillik məhbusluğu dövründə inanılmaz çətinliklərə və işgəncələrə məruz qalmış, amma bütün bunlara baxmayaraq, öz fəaliyyətini davam etdirmişdi. Onun yorulmaz çalışmaları daha gənc nəsildən olan bir çoxlarını milli, mədəni və insani haqlar uğrunda dinc mübarizəyə ruhlandırmışdı. Qulamrza Əmani 1996-cı ildə Təbriz Universitetinin mühəndislik fakültəsindən kənd təsərrüfatı sahəsində bakalavr dərəcəsi almışdı. Hökumət heç vaxt ona öz ixtisası üzrə işləmək imkanı verməmişdi, odur ki, o bütün vaxtını və səyini Azərbaycanlıların və İrandakı digər qeyri-fars azlıqların dil, mədəni və insani hüquqlarının müdafiəsinə sərf etmişdi. Öz fəliyyətinə görə o, dəfələrlə tutulmuş və 5 ildən də artıq bir müddətdə həbsxanada saxlanmışdı. Hörmətli bir fəal, ictimai natiq və yığıncaqların təşkilatçısı olaraq, o hər şeyə dözdü, amma heç vaxt təslim olmadı. Əmaninin ölümü onun ailəsi, milləti və Azərbaycan fəalları üçün böyük bir itkidir. Biz, ADAPP-da və onun dışında olan Azərbaycanlı hüquq müdafiəçıləri, bu xəbərdən sarsıntı və kədər içindəyik. Azərbaycan milli hərəkatı igid bir oğlunu və Azərbaycan tarixinin sonsuz üfüqlərində bir ulduzu itirdi. Onun şücaəti, sədaqəti və arzuları daim qəlbimizdə yaşayacaq və bizim hamımızı demokratiya, söz azadlığı və insan haqları uğrunda çalışmalarımızı davam etdirməyə ruhlandıracaq. O, aramızdan getsə də, onun nuru parlamaqda davam edəcək. Faxtə Zamani, İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sədri 26 oktyabr 2008-ci il

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar