SON XƏBƏRLƏR

Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib

2021.10.20, 07:36
Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib

Gunaz.tv
Dünya şöhrətli Müslüm Maqomayev vəfat edib muslummoqamayev6.jpg Bakı-APA. Dünya şöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev bu gün Moskvada vəfat edib. APA-nın məlumatına görə, tanınmış sənətkar yaşadığı Rusiya Federasiyasının Moskva şəhərində həyatla vidalaşıb. M. Maqomayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib. 1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar