SON XƏBƏRLƏR

Tehranda Ustad Rəhiminin kitabı təqdim olunacaq

2021.10.20, 07:36
Tehranda Ustad Rəhiminin kitabı təqdim olunacaq

Gunaz.tv
Ustad Rəhiminin kitabı təqdim olunacaq Oktyabrın 28-də Tehran şəhərində ustad Əsədulla Mərdan Rəhiminin kitabının təqdimat mərasimi keçiriləcək. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, tanınmış araşdırmaçı alim Qaşqay türkcəsi ilə bağlı bir sıra əsərlərin müəllifidir. Qeyd edək ki, Rəhiminin 800 səhifəlik kitabı üç min tirajla çap olunub.olaylar ------------------------------------------------------------------- Ermənilər hələ də atır Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bölmələri oktyabrın 23-də saat 12.30-dan 12.40-dək və oktyabrın 24-də saat 04.00-dan 04.20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinarlı və İcevan rayonu Berkaber kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi və Qazax rayonunun Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 19.09-dən 20.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar