Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirildi Dünən Heydər Əliyev Sarayında yenidən Azərbaycan prezidenti seçilmiş İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib. Andiçmə mərasimi açıq elan olunduqdan sonra Silahlı Qüvvələrin əsgərləri dövlət bayrağını və prezidentin ştandartını təntənəli marşın sədaları altında səhnəyə gətiriblər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yenidən prezident seçilmiş İlham Əliyevi Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edib. Bundan sonra prezident İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq və müqəddəs Qurani-Şərifə əl basaraq and içib. İlham Əliyev andiçmə mərasimində geniş nitq söyləyib. Dövlət başçısı ilk növbədə ona etimad göstərib, prezident vəzifəsinə seçmiş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib: "Azərbaycan xalqını əmin edirəm ki, bundan sonra da ölkənin hərtərəfli inkişafı üçün səylərimi əsirgəməyəcəm". Daha sonra prezident namizədliyini irəli sürmüş hakim Yeni Azərbaycan Partiyasına təşəkkürlərini çatdırıb. O, seçkidə ona dəstək vermiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürünü bildirib: "Ümid edirəm ki, bu seçki Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, ölkəyə yeni ənənələr gətirəcək və bundan sonra ölkədə siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaq. Bu fürsətdən istifadə edərək məni qələbə münasibətilə təbrik etmiş prezidentliyə digər namizədlərə təşəkkürümü bildirirəm". O qeyd edib ki, 5 il əvvəl andiçmə mərasimində Azərbaycan xalqına ölkənin hərtərəfli inkişafı üçün fəal çalışacağı barədə söz verib: "5 il əvvəl söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib, xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atıb. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulub, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirib, ölkədə sabitlik yaradılıb və inkişaf başlayıb. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm". İlham Əliyev vurğulayıb ki, qarşıdakı illərdə ölkədə iqtisadi, hərbi, sosial və digər sahələrin daha da inkişafı üçün lazımi addımlar atılacaq. Prezident deyib ki, son 5 il ərzində Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf müşahidə olunub: "Azərbaycan son 5 il ərzində xeyli güclənib və bu gün gələcəyə böyük ümidlə, böyük nikbinliklə baxan ölkədir". Onun sözlərinə görə, son beş il ərzində Azərbaycan iqtisadiyyatı dinamik inkişafda olub. Bu müddət ərzində ölkəmiz ÜDM-in artım tempinə görə dünyanın lider dövləti olub. Dövlət başçısının sözlərinə görə, son beş ildə Azərbaycanda ÜDM 2,7 dəfə artıb. 2008-ci ilin yekunlarına görə, adambaşına düşən ÜDM-in həcmi təxminən 6 min dollara çatacaq. Gələn il bu göstərici daha da artacaq. İlham Əliyev bildirib ki, son 5 ildə ölkə iqtisadiyyatına 44 mlrd. dollar sərmayə yatırılıb. Bu da Azərbaycanın müstəqillik qazanmasından sonra ölkəyə yatırılan sərmayələrin 77 faizini təşkil edir. "Azərbaycan xarici sərmayədarlar üçün cəlbedici ölkədir. Bununla yanaşı, yatırımların əhəmiyyətli bir hissəsini yerli sərmayələr təşkil edir" - deyə İlham Əliyev bildirib. O əlavə edib ki, Azərbaycan eneryi təhlükəsizliyini 100 faiz təmin edib. Bu, ölkənin daxili və xarici siyasətinin uğurlu realizəsinə imkan yaradır. Prezident deyib ki, son beş ildə Azərbaycan qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. 2008-ci ildə ölkədə qaz hasilatı 20 mlrd. kubmetrdən çox olacaq: "Bu gün biz özümüzü qazla təmin edir və onu digər ölkələrə ixrac edirik". Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycanda neft hasilatı 50 mln. tonu ötəcək. "Azərbaycanın eneryi siyasəti ölkəyə iqtisadi müstəqillik qazandırıb" - deyə prezident vurğulayıb. O qeyd edib ki, Azərbaycan öz siyasətini əsas təməl prinsipləri əsasında qurur: "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində, mehriban yaşayırlar. Mən çox şadam ki, son beş il ərzində bizim əsas ideoloyi dayaqlarımız daha da möhkəmlənib, Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub və bütövlükdə cəmiyyət çox aydın görür ki, Azərbaycan hansı istiqamətdə irəliləyir. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsədi güdür. Bu da Azərbaycanın möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır". İlham Əliyev Azərbaycanın beynəlxalq müstəvidə də özünə layiq yeri daha da möhkəmləndirdiyini vurğulayıb: Azərbaycan son beş il ərzində bölgədə də öz yerini möhkəmləndirib: "Biz bütün ölkələrlə ikitərəfli surətdə faydalı əməkdaşlığın dərinləşməsində maraqlıyıq, bunu edirik və bizim təşəbbüslərimiz bu məqsədi güdür. Xarici siyasətdə Azərbaycan son beş il ərzində böyük dərəcədə öz mövqelərini möhkəmləndirə bilib". İlham Əliyev deyib ki, Azərbaycanın regional müstəvidəki təşəbbüsləri həm regional əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərir, həm də milli maraqlara uyğundur. "Əminəm ki, bölgədə bizimlə əməkdaşlıq edən ölkələr də bu əməkdaşlıqdan razıdır. Bizim bütün təşəbbüslərimiz bu məqsədi güdür ki, bölgədə sülh, sabitlik daha da möhkəm olsun, iqtisadi əməkdaşlıq sürətlənsin və bölgədə yerləşən bütün ölkələr sülh, sabitlik, dostluq şəraitində yaşasınlar" - deyə prezident bildirib. O əlavə edib ki, son 5 il ərzində Azərbaycan dünyada daha çox müttəfiq ölkələr qazanıb. Bir neçə ölkə ilə münasibətlər yeni - strateyi tərəfdaşlıq pilləsinə qalxıb: "İkitərəfli münasibətlərimiz də çox uğurludur. Biz bütün ölkələrlə dostluq münasibətlərinin davam etdirilməsində maraqlıyıq. Bu münasibətlər bərabərhüquqludur, hər iki tərəfin maraqlarına xidmət göstərməlidir və göstərir". İlham Əliyev Azərbaycanın xarici siyasətinin əsas prioritet məsələsinin Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu deyib: "Bu istiqamətdə əfsus ki, hələlik heç bir nəticə əldə edə bilməmişik. Amma bununla bərabər deyə bilərəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi, baxışları və bizim tərəfimizdən irəli sürülmüş əsas təməl prinsiplər çox böyük dəyər qazanıb. Bu gün deyə bilərəm ki, danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır. Bu, heç kimdə şübhə yaratmır və yarada da bilməz". Prezident vurğulayıb ki, münaqişənin həlli ancaq və ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında ola bilər: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt da olmayacaq. Heç vaxt - nə bu gün, sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək". Prezidentin sözlərinə görə, bu gün bütün dünya anlayır ki, regionda sabitliyin bərqərar edilməsi üçün "dondurulmuş münaqişələr" nizamlanmalıdır. Bu həll isə beynəlxalq prinsiplərə əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. "Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti ola bilməz. Ölkə heç zaman belə addım atmayacaq" - deyə prezident bəyan edib. O əlavə edib ki, Azərbaycan münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdır. "Biz hələ də ümid edirik ki, bu danışıqlar məsələnin ədalətli həllinə gətirib çıxara bilər" - deyə İlham Əliyev bildirib. Dövlət başçısı deyib ki, bütün bunlarla yanaşı, Azərbaycan özünün hərbi potensialını artırır. Onun sözlərinə görə, ölkədə sürətli ordu quruculuğu prosesi davam edir. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 mln. dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 1 mlrd. 850 mln. dollara çatıb. Prezident bəyan edib ki, bu tendensiya gələcəkdə də davam edəcək: "Azərbaycanın 2009-cu il üzrə dövlət büdcəsindən hərbi xərclər üçün daha çox vəsait ayrılacaq". İlham Əliyev istənilən halda Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini də deyib: "O vaxta qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Bütün bu amilləri təhlil edərək hesab edirəm ki, qarşı tərəf reallıqla barışmalıdır. Reallıq isə ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət aparmaq çox çətindir, qeyri-mümkündür". İlham Əliyev iqtisadi islahatlarla yanaşı ölkədə siyasi islahatların da aparıldığı bildirib. O qeyd edib ki, son 5 ildə Azərbaycanın siyasi sistemində bir sıra islahatlar aparılıb. İqtisadiyyatın inkişafı siyasi islahatların aparılması üçün münbit şərait yaradıb. Prezident bildirib ki, demokratiyanın inkişaf etdiyi ölkələrin hamısı iqtisadi cəhətdən yaxşı inkişaf etmiş ölkələrdir. O, yaxın gələcəkdə Azərbaycanın da inkişaf etmiş ölkələr sırasına daxil olacağına əmin olduğunu bildirib. Bunun üçün Azərbaycanın bütün imkanları var. Prezident çıxışını başa vurduqdan sonra Azərbaycanın dövlət bayrağı və Azərbaycan prezidentinin ştandartı səhnədən aparılıb. Andiçmə mərasimi Bakı buxtasındakı gəmilərdən açılan yaylım atəşləri ilə müşayiət olunub. Sonra prezident ailə üzvləri ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Qeyd edək ki, mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri də olublar. Andiçmə mərasimində Gürcüstan prezidenti Mixeil Saakaşvili, Türkiyə baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak ediblər. İ.QULİYEV kaspi
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər