SON XƏBƏRLƏR

İranda dörd siyasi məhbus edam edilib . Onlar əhvazlı dustaqlar imiş

2021.10.20, 07:36
İranda dörd siyasi məhbus edam edilib . Onlar əhvazlı dustaqlar imiş

Gunaz.tv
İranda dörd siyasi məhbus edam edilib Onlar əhvazlı dustaqlar imiş İranda siyasi məhbuslara qarşı repressiyalar davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, Zahidan şəhərində 4 siyasi məhbus edam edilib. Məlumatda bildirilir ki, edam cəzası oktyabrın 23-də icra olunub. Məhbusların şəxsiyyəti bəlli olmasa da, onların Əhvaz ərəblərindən olduğu bildirilir. GAMOH-dan qeyd ediblər ki, edam olunan siyasi məhbusların sayı rəsmi açıqlananlardan çoxdur.olaylar -------------------------------------------------------------------- Rusiya Qafqazı müharibə ilə hədələyir? Politoloqlar məsələyə fərqli yanaşır Son vaxtlar mətbuatda Rusiyanın Qafqazla bağlı mövqeyini əks etdirən müxtəlif səpkili fikirlər səslənməkdədir. Belə ki, bu ölkənin xarici işlər naziri Sergey Lavrov Qafqazda yeni münaqişə ocaqlarının yarana biləcəyini qeyd edib. Məsələnin mahiyyətinə aydınlıq gətirən politoloq Elxan Mehdiyev "OLAYLAR"a verdiyi açıqlamasında bildirib ki, Rusiyanın Qafqazda böyük siyasi və iqtisadi maraqları olduğu təqdirdə belə bir fikirlərin səslənməsi gizli mətləblərdən xəbər verir. "Əgər Qafqaz deyilərkən Gürcüstan nəzərdə tutulursa, hazırda hər iki dövlət arasında atəşkəsdir və Gürcüstanın əsas siyasi məqsədi NATO-ya üzv olmaqdır. Bu isə Rusiyanın maraqlarına tamamilə zidd olduğundan və Gürcüstanda xaos yaratmaq cəhdlərinə uyğun gəlmədiyindən, atəşkəsin pozulma ehtimalı daha böyükdür". Nəzərə alsaq ki, Rusiya Azərbaycan və Ermənistan arasında mövcud olan müharibə şəraitinin tənzimlənməsində və münasibətlərin bərpa edilməsində əsas vasitəçidir, o halda belə bir fikirlərin səslənməsi heç bir siyasi və digər maraqlara cavab vermir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar