SON XƏBƏRLƏR

Medvedyev separatçılara səfir yollayır

2021.10.20, 07:36
Medvedyev separatçılara səfir yollayır

Gunaz.tv
Medvedyev separatçılara səfir yollayır Rusiya prezidenti Dmitri Medvedyev dünən Cənubi Osetiya və Abxaziyaya səfirləri təyin edib. Moskva bu separatçı rejimlərin "dövlət müstəqillikləri"nini iki ay əvvəl tanımışdı. Rusiyanı Cənubi Osetiyada Elbrus Kargiyev, Abxaziyada isə Semyon Qriqoryev təmsil edəcək. Cənubi Osetiyaya səfir təyin edilənədək E.Kargiyev Rusiya XİN-nin IV MDB departamentinin baş müşaviri olub, bir müddət Sxinvalidəki "hökumət"də çalışıb. S.Qriqoryev də Kargiyevlə bir departamentdə çalışıb. Səfirlərlə görüşdə D.Medvedyev bildirib ki, onların işləri asan olmayacaq. "Siz çox mürəkkəb dövrdə fəaliyyətə başlayırsınız. Hələ çox işin görülməsi gərəkən bu gənc ölkələrdə dövlətçilik baxımından da gərgin əməyə ehtiyac duyulur", - Rusiya prezidenti deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar