SON XƏBƏRLƏR

Cənubi Qafqazda müharibə təhlükəsi hələ sovuşmayıb

2021.10.20, 07:36
Cənubi Qafqazda müharibə təhlükəsi hələ sovuşmayıb

Gunaz.tv
Cənubi Qafqazda müharibə təhlükəsi hələ sovuşmayıb "Avropa Birliyinin Gürcüstana yardımı Moskvanı özündən çıxarır" osetya888hi.jpg Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyi müşahidəçilərinin Cənubi Osetiya və Abxaziya ətrafındakı zonada təhlükəsizliyin təminatçısı rolunu yerinə yetirmədiklərini bildirib. O, Gürcüstanın bu ərazilərdən öz qoşunlarını geri çəkmədiyini və zonaya əlavə hərbi birləşmələr göndərdiyini söyləyib. Sergey Lavrov iddia edib ki, Avropa Birliyi həmin zonada sülhün təminatçısı vəzifəsini üzərinə götürsə də, qurumun müşahidəçiləri buna az diqqət yetirirlər: "Baş verənlərə bu cür münasibət bizi narahat edir. Bu, odla təhlükəli oyundur. Belə addımlar Qafqazda yeni toqquşmalara gətirib çıxara bilər". Maraqlı burasındadır ki, Rusiya xarici siyasət idarəsinin rəhbəri bəyanatını Qərb donorlarının Gürcüstanın yenidən qurulması üçün Tiflisə 4,5 milyard dolar ayırmasından sonra səsləndirib. Tural Məsələyə münasibət bildirən politoloq Məhərrəm Zülfüqarlı deyir ki, regionda yeni münaqişənin yaranacığıyla bağlı bəyanatı Rusiya xarici işlər naziri səsləndirdiyindən buna ehtiyatla yanaşmaq lazımdır. Bütün hallarda Sergey Lavrovun dedikləri Azərbaycana qarşı yönəlməyib. Çünki bunun üçün elə bir əsas da yoxdur: "Həm də unutmayaq ki, Cənubi Osetiya məsələsi ətrafında yaranmış müharibə başlanacaq ikinci Qarabağ savaşından xeyli kiçik görünür. Bunu ruslar da etiraf ediblər. Bu bəyanat Gürcüstan üçün səsləndirilib, hazırda Kremlin əsas hədəfi də Tiflisdir. Son günlərin siyasi proseslərinə də nəzər salsaq görərik ki, bu iki dövlət əldə olunan sazişi pozmaqla bağlı bir-birini ittiham edir". Onun sözlərinə görə, Cənubi Qafqazda müharibə təhlükəsi hələ də sovuşmayıb: "Əslində bu gün Rusiya Gürcüstan ərazisindəki münaqişəli regionların tanınması prosedurunu sonadək başa çatdırmağa çalışır. Abxaziya və Cənubi Osetiya ilə Kreml arasında bir müddət öncə diplomatik münasibətlərin qurulmasıyla bağlı sənədlərin imzalanması bu prosedurun başlanğıcıdır. Bu gün isə şimal qonşumuzu qıcıqlandıran məsələlər meydana çıxır. Belə qıcıqverici amillərdən biri Gürcüstan iqtisadiyyatının və infrastrukturunun bərpasına 3 milyard dollar ehtiyacın duyulduğu halda, Qərbin 4,5 milyard yardım etməsidir. Əslində yardımın miqdarı yox, onun mahiyyəti Moskvanı özündən çıxarır". Məhərrəm Zülfüqarlı qeyd etdi ki, Avropa Birliyi və ABŞ-ın hələ də yüksək səviyyədə Gürcüstana dəstək verməsi Kremli qıcıqlandırır. Ona görə də ruslar hətta gürcülərin bütün şərtlərə əməl etməsinin fonunda müəyyən bir bəhanəylə yenidən ziddiyyətləri qızışdırıb, bəzi zonalarda hərbi əməliyyatlara başlaya bilərlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar