SON XƏBƏRLƏR

“THE NEW YORK TİMES” OBAMANI DƏSTƏKLƏDİ

2021.10.20, 07:36
“THE NEW YORK TİMES” OBAMANI DƏSTƏKLƏDİ

Gunaz.tv
“THE NEW YORK TİMES” OBAMANI DƏSTƏKLƏDİ Amerikada seçkilərə 10 gün qalmış qaradərililər ona erkən səs vermək üçün növbələrə düzülüblər 1576.jpg Amerikada prezident seçkilərinə 10 gün qalmış “The New York Times” qəzeti prezidentliyə demokrat namizəd Barak Obamanı dəstəklədiyini elan edib. Qəzetin redaksiya məqaləsində deyilir ki, Obamanın ölkənin qarşısında duran probemləri həll etmək, geniş siyasi konsensus əldə etmək üçün iradəsi var. Obamanın respublikaçı rəqibo Con Makkeyn isə məqalədə tənqid olunur. Qəzet hesab edir ki, Makkeyn cəmiyyəti partiya mənsubiyyətinə görə parçalamağa hesablanan seçki kampaniyası aparır və onun mövqeyində rasizm əlamətləri var. Qeyd edək ki, bundan əvvəl Amerikanın digər nüfuzlu qəzetləri, o cümlədən “The Washington Post” Obamanı dəstəkləyən mövqe nümayiş etdiriblər. Con Makkeyn isə hələ ki, respublikaçılara yaxın “The Washington Times” qəzetindən dəstək alıb. Dünən onu “Detroit News” qəzeti də müdafiə edib. Qəzet hesab edir ki, Makkeyn qeyri-stabil dövrlər üçün ən yaxşı seçimdir. Bununla belə, qəzet Makkeynin vitse-prezidentliyə namizədi Sara Pelinin bu vəzifəyə hazır olmadığını hesab edir və respublikaçı namizədi bu cür seçim etdiyinə görə tənqid edir. Qeyd edək ki, hazırda Obama reytiqinə görə rəqibindən 10 faiz irəlidədir, artıq onun seçkilərdə qalib gələcəyinə çox az adam şübhə edir. Amerika qanunlarına görə, seçki günü səsvermə məntəqələrinə gedə bilməyənlər üçün səsvermə artıq başlayıb. Məlumatlara görə, erkən səsvermə daha çox Obamanın xeyrinədir, çünki qaradərili seçicilər ona səs vermək üçün növbələrə düzülüblər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar